"Xəzər Lənkəran" FK və "Azerfon" arasında müqavilə imzalandı

03.10.2014 | 3644 dəfə oxunub

“Xəzər Lənkəran” Futbol Klubu MMC və “Nar Mobile” ticarət nişanı ilə fəaliyyət göstərən “Azerfon” şirkəti arasında ikiillik korporativ tərəfdaşlıq müqaviləsi imzalanıb. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 1 oktyabr 2014-cü il tarixdə qüvvəyə minmiş razılaşmaya əsasən, tərəflər öz üzərilərinə qarşılıqlı korporativ xidmət öhdəliyi götürüblər. Eyni zamanda şirkətlər arasında ayrıca sponsorluq müqaviləsi də imzalanıb ki, bu müqavilə də “Azerfon” şirkətinin “Xəzər Lənkəran” Futbol Klubunun iştirakı ilə keçirilən bütün yarış və tədbirlərdə klubun rəsmi tərəfdaşı olacağını təsdiq edir.

“Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, "Xəzər Lənkəran" Futbol Klubunun və ümumilikdə "Palmali" Şirkətlər Qrupunun fəaliyyətini yüksək qiymətləndirib. Son illər “Nar Mobile” mobil operatorunun nəzərə çarpacaq uğurlara imza atdiğını xüsusi qeyd edən şirkət rəhbəri, Azərbaycanın biznes mühitində öz yeri və çəkisi olan ən iri holdinq və şirkətlərin artıq “Azerfon” ilə əməkdaşlığa başlamalarının bunun əyani sübutu olduğunu vurğulayıb.

Öz növbəsində, “Xəzər Lənkəran” Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov qeyd etdi ki, sözügedən müqavilələrin imzalanması tərəflər arasında uğurlu əməkdaşlığın təməlinin qoyulması anlamına gəlir. “Azerfon“ şirkəti və “Xəzər Lənkəran” FK arasında sponsorluq müqaviləsinin önəmliliyi xüsusi qeyd edilərək bildirilib ki, ölkənin ən böyük azarkeş kütləsinə malik klubu ilə “Nar Mobile” mobil operatoru arasında əməkdaşlıq hər iki tərəf üçün məhsuldar və effektiv olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail