Naci Şensoy rəsmən «Turan»ın baş məşqçisi oldu və çox iddialı danışdı
Bu gün türkiyəli mütəxəssis Naci Şensoy rəsmən «Turan»ın yeni baş məşqçisi təyin olunub. Bununla əlaqədar klub rəsmiləri bu gün təqdimetmə mərasimi keçiriblər. Mərasimdə klubun prezidenti Musa Süleymanov da iştirak edib. Şensoy təyinatdan sonra bunları söylədi: «Komandanın keçmiş ruhunu, şöhrətini özünə qaytarmağa çalışacağıq. Tovuzluların ən böyük fəxri "Turan" idi. Rayonda olarkən, azarkeşlərlə görüşdüm. Onlar məndən komandanın əvvəlki şöhrətini özünə qaytarmağımı istədilər. Əlbəttə, məqsədim Azərbaycan futboluna xeyir verməkdir. Maya qədər buna nail olacağımıza inanıram. Eyni zamanda, paralel olaraq gələn mövsüm ilk "altılıq" uğrunda mübarizə aparacağımız heyəti qurmağa çalışacağıq. Tovuzda olan istedadlı uşaqların xidmətindən yararlanacağıq. Bəli, indi şərait dəyişib. Baxın, bir vaxtlar İngiltərə çempionatında oyunlar müdafiədən hücuma top ötürmək üzərində qurulmuşdu. Onlar uğuru bunda axtarırdılar. Ancaq kənardan dəvət edilən məşqçilər müəyyən dəyişiklik etdilər. Arsen Vengeri misal çəkə bilərəm. O, gənc və istedadlı futbolçuları yetişdirib, baha qiymətə satmaqla kluba pul qazandırır. Bu paralelliyi mən də "Turan"da reallaşdıracağam. 2004/05 mövsümündə bunu reallaşdıra bilərdik. Ancaq indi klublar çox dəyişib. O vaxt 5 futbolçu yetişdirib, U-21 və digər aşağı yaşlı yığmalara qazandırdıq. "İnter"lə paytaxtda keçirdiyimiz oyunda qapını təcrübəli Oleq Belyakova deyil, 19 yaşlı Kamran Ağayevə tapşırdım. Həmin qarşılaşmada iki qol məhz onun kobud səhvindən vurulub. Hətta ona şans verdiyimə görə, məni mətbuat nümayəndələri də qınayırdılar. Kamran indi yığmada oynayır. Onu "Beşiktaş" transfer etmək istəyir. Fikrimcə, Kamran İker Kasilyasdan daha yaxşı qapıçıdır. Bu gün klub rəhbərliyi ilə bir hədəf qurmuşuq. Klubumuzda 500 uşaq məşq edir. Transfer işlərində 80 faiz düzgün addım atsaq, deməli, işlər qaydasındadır. Ancaq bu gün "Qalatasaray"da bunun əksini görürük. Transfer çalışmaları zamanı 80 faiz yanlışlığa yol verilib. Əvvəlki illərdə Asen Nikolov, Daribor Draqiç kimi futbolçuları heyətə qatmaqla, gənclərin onlardan nəsə öyrənməsinə şərait yaratdıq. Bu dəfə də belə edəcəyik. Mən düşündüyümü hər zaman ortaya qoyuram. Kimsə fikrimi söyləməyimə qarşı çıxa bilməz. Fikrimcə, bu mövsüm çempionluq uğrunda mübarizə "Neftçi" və "Xəzər Lənkəran" arasında gedəcək. Köməkçilərimə gəldikdə, peşəkar məşqçi kimi hara getmişəmsə, öz briqadamla getmişəm. 2004-cü ildə də belə olmuşdu. Ancaq bugünkü şərtləri nəzərə almaq məcburiyyətindəyəm».
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |