AZAL-la görüşün hazırlıqlarına start verildi

06.10.2014 | 4067 dəfə oxunub

Premyer Liqanın 8-ci turunda AZAL-ı qəbul edəcək olan "Araz-Naxçıvan" bu oyunun hazırlıqlarına start verib. Stadium.Az xəbər verir ki, dünəndən etibarən Naxçıvanda bir araya gələn komandanın heyətində zədəli futbolçular geri qayıdıb.

Belə ki, son turları azarkeş kimi izləyən Tərlan Xəlilov, Azər Məmmədov və Qərib İbrahimov bu gün komanda ilə məşqə çıxıblar. Yalnız zədəsi tam olaraq sağalmayan Hüseyn Axundovun isə müalicəsi davam edir.

Günün ilk yarısında baş tutan məşqdə futbolçular daha çox yüngül məşqə üstünlük veriblər. Bu gündən etibarən Əsgər Abdullayevin yetirmələri gündə iki dəfə meydana çıxacaqlar.

"Araz-Naxçıvan" - AZAL matçın oktyabrın 18-də Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail