Arif Əsədov: "Onlar "Neftçi"nin gələcəyidir"

07.10.2014 | 3306 dəfə oxunub

“Neftçi” PFK-nın baş məşqçisi Arif Əsədov “Qaradağ Lökbatan”la yoxlama oyunu haqda fikirlərini bildirib. Stadium.Az xəbər verir ki, təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında bunları deyib:

“Qaradağ Lökbatan”la oyun yoxlama xarakteri daşıyırdı. Belə oyunlarda nəticə önəmli deyil. Əsas məqsəd heyətin bütün üzvlərini yoxlayıb komandanı Premyer Liqa matçlarına hazırlamaqdır. Yoxlama görüşlərində heyətin bir çox üzvünü sınamaq şansımız olur. Düzdür, bəzi futbolçularımız milli komandaların düşərgəsinə çağırıldığından, heyət üzvlərinin hamısı yoxlama oyununda iştirak edə bilmədi.

Bununla belə, gənclər üçün özlərini göstərmək baxımından da əhəmiyyətli oyun oldu. Matç zamanı müəyyən taktiki dəyişiklərə əl atdıq. Üstəlik, ikinci hissədə heyətin yarıdan çoxunu dəyişdik və gəncləri sınadıq. Onlar “Neftçi”nin gələcəyidir. Gənclər belə oyunlarda təcrübə toplamalıdılar. İnanıram ki, bu futbolçular gələcəkdə əsas komandada möhkəmlənə biləcəklər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail