Fakt və həqiqətin fərqi, yaxud bizə düşən gözləməkdir

07.10.2014 | 4594 dəfə oxunub

Fakt və həqiqətin fərqi, yaxud bizə düşən gözləməkdir. “Xəzər Lənkəran”da fərqli hadisələr baş verir.

Hər bir hadisə də ayrı-ayrılıqda bizi duşunməyə və bu yolda səbrli olmağa dəvət edir. Səbrlə düşünmək, düşünərək addım atmaq isə azarkeşlərdən haqlı bildiyin yolda daim irəliləməyi və öz mövqeyini müdafə etmək işində mübariz olmaği tələb edir. Bu qədər uğursuz məşqçi və oyunçuların transfer siyasəti – hadisələr, olaylar içində baş çıxara bilməyən klub rəsmilərini də narahat etməyə bilməz. Biz bir çoxunu yanlış, bəzilərini doğru bilib tez qərar verməyə tələsirik. Amma üzərində çox da düşünmürük desəm bu da obyektiv fikir olmaz.

Ümid edirik, amma ümid etməklə rəhbərlik nə ortaya qoyub ki,.. Sevgimizi azaltmırıq, amma sevdiklərimizdən qarşılığını görmürük. Qarşılıq deyəndə sırf mənəvi müstəvidəki anlayışı nəzərdə tuturam. Komandanı dəstəkləyirik, amma hər məğlubiyyətdən sonra Oğuz Çetinin fərqli bəhanələr səbətində komandanı çətin günə qoyan fikirləri ilə uzləşirik. Bütün futbol ictimaiyyəti Oğuz Çetindən məşqçi çıxmayacağını yazır, di gəl ki, klub rəhbərləri bu yazılanlara inanmır. Bəlkə də yazılanları oxumağa savadları, və ya oxuduqlarını anlamaq üçün nəsə çatmır, bunu bilmirəm.

Gözəllik istəyirik -bundan da istifadə edirlər. Söhbət Rednikin qayıtması ilə hər şeyin kökündən yaxşılığa doğru dəyişə bilməsindən gedir. Hamı bu işə çətin deyir, biz də belə desək, süni surətdə yaradılan sonra da şişirdilmiş problemlər qovluğuna biz də boyun əysək bəs meydanda kim qalacaq? Axı biz də meydandan çəkilsək o zaman “Atlar ölüb itlərin bayramıdır” deyə şampan partladar anası göyçəklər, necə ki, 3-il əvvəl edirdilər. “Bəs komandamızda eniş dövru nə vaxt bitər?” sualına cavab verən də tapilmaz…

Tanrı eşqinə, bu qədər pessimist, bədbin olmayaq. Böyük çağırışları kiçik ehtiyatsızlıqlarda boğmayaq. Həyat insanın səhvlərini düzəltməyə dəvət edir. Axı bizlər keçmişin şirinliyini də görduk, acısını da yaşadıq. Olub – keçən hadisələrin təsirindən çıxmağa İnsan ən azından cəhd etməlidir. Lakin duracaqdan uğursuzluqları bu qədər ”eniş“ adına yazmayaq. Biz də bilirik. Bilirik ki, hər komanda da eniş dövru olur. Amma bu proseslər çox vaxt oyunçuların yaşlarının artması və klubda maliyyə vəziyyətin pisləşməsi ilə əlaqədar olur. Bunların heç biri yoxsa, onda bu eniş dövru sayıla bilərmi? Sayı bilinməyən oyunçu transferləri, məşqçi dəyişilikləri hansı enişdən danışmağa əsas verir ki?..

Bizə düşən gözləməkdir?! Bəlkə bizim gözəl toplumsal baxışımız, klub rəhbərlərini də dəyişər. Çünki gözəl baxmaq, gözəlləşdirərsə, həqiqəti gizlətmək çirkinləşdirər. Əgər biri bizim baxış və fikirlərimizdən istifadə edirsə, demək gözəl baxıb, düzgün həqiqəti deyə bilmirik hələ. Gözəl baxmaq tərifləmək deyil, göz yummaq deyil, sadəcə hamının ümidsizlik püskürdüyü yerdən ümidli tumurcuqlar cücərtməkdir. 3 ildir ki, deyirik. Deməli az deyirik. Bir halda ki, hələ də azarkeş ümid edir, onda yenə deməliyik.

Ətrafda baş verənləri fakt olaraq qəbul etməyək. Bununla qarşımıza sipər çəkmiş oluruq.  Fakt dediklərimiz bizi qorxutmasın. Fakt, hələ həqiqət demək deyilsə onda belə rahatlıqla faktlara boyun əyməyək. Onda həqiqət deyə çağırışımız nəinki klub rəhbərlərinə, heç öz qulaqlarımıza da yetməz.

Problemlərimiz və faktlarımız komandanın azarkeşlərinin nikbinliyini zəbt etməsin, əziz dostlar. Çalışaq üfüqümüzü o qədər geniş tutaq ki, faktlar həqiqətlərin əlində əriyərək yeni ümid fidanlarının yetişməsi üçün gübrəyə çevrilsin.

Onda kim bizim azarkeş sevgimizə şubhə edə bilər? Heç kim!

P.S: Lütfən narazılıqla deməyin ki, yazıda fikirlər dağınıqdır. Vallahi “Xəzər Lənkəran” haqqında nə yazıramsa həmən sözlər yerindən oynayıb səpələnir, məna özü üçün rəqs edir, məntiqin əl-ayağın yığışdırmaq və öncədən düşündüyüm fikirləri nizama salmaq mümkün olmur. Bir sözlə eynən son 3-ilin “Xəzər Lənkəran”ında olduğu kimi…

12cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail