İntizam Komitəsi qərarlarını açıqladı

08.10.2014 | 3172 dəfə oxunub

2 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Premyer Liqanın I turunun təxirə salınmış görüşü “Bakı” – “Simurq” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
 
1 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin I turunun təxirə salınmış görüşü “Bakı” – “Simurq” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 78-ci dəqiqəsində “Bakı” klubunun 28 №-li futbolçusu Ülvi Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
 
2 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun V turunun “Şəmkir” – “Qaradağ Lökbatan” matçında “Şəmkir” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 65-ci dəqiqəsində “Şəmkir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur (maddə 52).
 
2 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, I divizionun V turunun “MOİK” – “Göyəzən” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).         
Oyununun 48-ci dəqiqəsində “MOİK” klubunun 3 №-li futbolçusu Azər Həbibov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 55-ci dəqiqəsində “Göyəzən” klubunun 17 №-li futbolçusu Elnur Kosayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 
3 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun V turunun “Zirə” – “Turan-T” matçında “Zirə” klubunun 5 , “Turan-T” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).
 
3 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun V turunun “Şuşa” – “Neftçala” matçının 90-ci dəqiqəsində “Neftçala” klubunun 6 №-li futbolçusu Mehman Məmmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1)
 
6 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, I divizionun II turunun təxirə salınmış görüşü “Turan-T” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 85-ci dəqiqəsində “Turan-T” klubunun 6 №-li futbolçusu Emin Mirzəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Oyunun 90+5-ci dəqiqəsində “Turan-T” klubunun 18 №-li futbolçusu Nəsimi Qədirovun aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1)
 
02 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan çempionatının “EKOL” – “Khazar islands” matçının 38-ci dəqiqəsində “Khazar islands” klubunun 13 №-li futbolçusu Əjdər Mirzəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
03 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan çempionatının “Fənər FK” – “Araz” matçının 37-ci dəqiqəsində “Fənər FK” klubunun 10 №-li futbolçusu Yevgeni Seriy ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
04 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Baku Fire” – “Qatar” matçının 20-ci dəqiqəsində “Fənər FK” klubunun 11 №-li futbolçusu Saleh Əzizov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
04 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Yasamal” – “Khazar Travel” matçının 20-ci dəqiqəsində “Khazar Travel” klubunun 6 №-li futbolçusu Yadulla Əmirəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyununun 20-ci dəqiqəsində “Yasamal” klubunun 77 №-li futbolçusu Rəhman Musayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyununun 28-ci dəqiqəsində “Yasamal” klubunun 4 №-li futbolçusu Zamin Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

affa.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail