"Neftçi"də yeni ad

09.10.2014 | 3339 dəfə oxunub

Asif Əliyev “Neftçi” PFK-nın aşağı yaş qrupu komandalarının koordinatoru vəzifəsinə təyin edilib. Stadium.Az xəbər verir ki, klub rəhbərliyinin və aşağı yaş qrupu komandalarının məşqçilərinin iştirakı ilə keçirilmiş iclasda Asif Əliyev komanda üzvlərinə təqdim olunub.

Gənc mütəxəssis təyinatı ilə bağlı klubun rəsmi saytına danışıb: "Buna qədər U-17 və U-21 milli komandalarında köməkçi məşqçi vəzifəsini yerinə yetirmişəm. Bolqarıstanda “B”, Azərbaycanda isə “A” kateqoriyalı məşqçi kurslarını bitirmişəm. Əsas fəaliyyət sahəm isə yeniyetmə və uşaq futbolunun inkişafı və idarəolunmasıdır. Bu sahədə ali biliklərə yiyələnmişəm və dissertasiya müdafiə etmişəm.

“Neftçi”yə klub prezidenti Sadıq Sadıqov tərəfindən dəvət olundum. Mənə göstərilən etimada görə klub prezidentinə təşəkkürümü bildirirəm. Klubda işləmək təcrübəsi mənim üçün yeni olsa da, çalışacağam ki, bildiklərimi burada da da tətbiq edim. Ümid edirəm ki, “Neftçi”də bundan sonra da Azərbaycan futboluna faydalı simalar bəxş edəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail