Berti Foqts: "Futbolçularımız bu qarşılaşmadan qorxmamalıdır"

10.10.2014 | 2982 dəfə oxunub

AÇ-2016-nın seçmə mərhələsində keçiriləcək İtaliya – Azərbaycan oyunu ərəfəsində NH Palermo otelində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunub. Stadium.Az Foqtsun səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

“İtaliyada olmaq mənim üçün hər zaman çox xoşdur. Buraya həm istirahət məqsədilə, həm də məqşçi kimi gəlməkdən həmişə məmnun olmuşam. Məni yaxından tanıyanlar bilir ki, İtaliya futbolunun dostuyam, bu komandanın oyununu izləməkdən zövq alıram. İtaliya millisinin son dünya çempionatında qrup mərhələsini adlaya bilməməsi təəssüfləndirici məqamdır. Xüsusilə, bu komandanın üzvlərinin çıxış etdiyi klubların adlarına diqqət yetirərkən, belə bir uğursuzluğun necə baş verdiyini anlamaqda çətinlik çəkirsən.

Çox şadam ki, Frankfurtda toplanış keçirmək fürsətimiz oldu. Buna qədər Milan şəhərində “İnter” – “Qarabağ” oyununu izləmək imkanım olmuşdu. Futbolçularımızın hazırlığı məni qane etmir; əksəriyyəti qısa müddət ərzində ardıcıl iki oyunda arzulanan səviyyədə oynamaq gücündə deyil.
İngilislərdə belə bir deyim var: oynaya-oynaya öyrənmək lazımdır. İtaliya yığması ilə qarşılaşma məhz belə oyunlardandır. Futbolçularımız bu qarşılaşmadan qorxmamalıdır. Çünki İtaliya millisi kimi komandalara qarşı oynamaq fürsəti tez-tez ələ düşmür”.


affa.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail