Ruslan Abışov Tam Yeni Hyundai Sonata-nı sınaqdan keçirdi

10.10.2014 | 3827 dəfə oxunub

Hyundai Motor Company Tam Yeni Sonata-nın (2015 model ili) regional təqdimatını Azərbaycanda təşkil edib. Stadium.Az xəbər verir ki, jurnalistlər üçün keçirilən sınaq yürüşünə futbolçu Ruslan Abışov da qatılıb.

Azərbaycan milli komandasının və “Qəbələ” futbol klubunun üzvünün regional tədbirə qatılması Hyundai-ın AFFA ilə partnyorluğu çərçivəsində olub. Yeni avtomobili sınaqdan keçirən futbolçu təəssüratlarını Hyundai Motor Company nümayəndələri ilə bölüşüb.

“Avtomobil çox rahatdır. İdarəetmə üçün lazım olan hər bir cihaz, düymə sürücünün əli altındadır. Diqqəti kənara dağıtmadan avtomobili idarə edirsən. Yeni Sonatanın çevikliyini və gücünü də qeyd edim. Çünki mən burada yağışlı havada idarə etdim və belə bir şəraitdə avtomobil özünü çox yaxşı göstərdi. Bilirik ki, belə şəraitdə əyləc sistemi çox vacibdir. Avtomobilin həssas reaksiyasından belə başa düşmək olur ki, istehsal zamanı təhlükəsizliyə çox diqqət yetiriblər”, – Qəbələdə avtomobilin sınaq yürüşündən sonra Ruslan Abışov belə deyib.

Tam Yeni Sonata-nın təqdimatında Hyundai-ın ölkəmizdəki rəsmi distribüteri Auto Azərbaycan şirkəti ilə yanaşı, Koreyadan – Hyundai Motor Company baş ofisindən, Qazaxıstan, Ukrayna və Gürcüstandan da Hyundai distribüterlərindən nümayəndələr və həmin ölkələrdən jurnalistlər iştirak edib.

Qeyd edək ki, yeni Hyundai Sonata artıq bütün rəsmi Hyundai salonlarında var və modellə daha yaxından tanış olmaq istəyənlər sınaq yürüşünə qatılaraq bu avtomobili sürüb keyfiyyətini əyani olaraq hiss edə bilərlər.

Futbol üzrə Azərbaycan milli komandasının rəsmi avtomobili Hyundai brendini Azərbaycanda Auto Azərbaycan şirkəti təmsil edir. 20 ilə yaxın müddətdə fəaliyyət göstərən Auto Azərbaycan təqdim etdiyi avtomobillər, yüksək servis və original ehtiyat hissələri ilə ölkənin avtomobil bazarının liderlərindən sayılır.


affa.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail