8 qələbə, 48 qol

11.10.2014 | 3227 dəfə oxunub

Aşağı yaş qruplarından olan komandalar üçün AFFA tərəfindən təşkil olunan liqalarda növbəti oyunlar keçirilib. Stadium.Az xəbər verir ki, son bir həftədə bütün liqalarda növbəti qarşılaşmalar baş tutub.

U-14, U-13, U-12 və U-11 liqalarında 2014/15 mövsümünün II turunun oyunları keçirilib. “Qəbələ”nin 4 yaş qrupundan da olan komandası böyükhesablı qələbə qazanıb, ümumilikdə 27 top vurub və yalnız ikisini buraxıb. Ardınca isə U-19, U-17, U-16 və U-15 liqalarında mövsümün III turu baş tutub. Burada da 4 qələbə qazanan “Qəbələ” futbolçuları 21 qol vurub, 2-ni buraxıb. Ümumilikdə isə 7-si böyükhesablı olan 8 qələbənin qeydə alındığı son 1 həftədə “qırmızı-qaralar” 48 qol vurmağı bacarıb.

Paytaxt zonasında çıxış edən U-14 komandası ilk qələbəsini qazanıb. Mövsümə məğlubiyyətlə başlayan komanda AZAL-ı 5 cavabsız qolla məğlub edib. 3 xalı olan “qırmızı-qaralar” yalnız 3 komandadan az xal toplayıb. Akademiyanın futbolçuları növbəti turda “İnter”lə üz-üzə gələcək.

U-13 komandası Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında ikinci oyununda da qol buraxmadan böyük hesabla qalib gəlib. “Simurq” üzərində 5:0 hesablı qələbədən sonra “qırmızı-qaralar” 1-ci pillədə yer alıb. Növbəti turdakı rəqib İsmayıllı UGİM-i olacaq

U-12 Liqasında da zona oyunlarında 2-ci böyükhesablı qələbəsini qazanan “Qəbələ” Yevlaxın UGİM-ini 5:1 hesabı ilə məğlub edib. Turnir cədvəlində itkisiz lider olan “qırmızı-qaralar” növbəti turda “Daşqın”la görüşəcək.

U-11 Liqasında “Qəbələ” ilk matçını keçirib. İlk turu buraxan “qırmızı-qaralar” II turda İsmayıllı UGİM-ini böyük hesabla məğlub edib – 12:1. Keçirilən matçlarda 100 faizlik nəticə göstərən 4 komanda arasında olan Akademiyanın təmsilçiləri 1 oyun az keçirdiyi üçün 4-cü pillədə qərarlaşıb. Növbəti rəqib isə Oğuzun UGİM komandası olacaq.

III turunun oyunları keçirilən U-19 liqasında ikinci oyununa çıxan “qırmızı-qaralar” “Xəzər Lənkəran”ı qəbul edib. 3:0 hesabı ilə qalib gələn “Qəbələ” 2 oyunda 6 xal toplamaqla itkisiz irəliləyir. Komanda IV turda “Sumqayıt”ın qonağı olacaq.

Öz meydanında “Əlincə” ilə qarşılaşan U-15 ardıcıl 3-cü qələbəsini qazanıb. 3 turdan sonra 9 xalı olan “Qəbələ” yarışın vahid lideridir. “Qırmızı-qaralar”  IV turda “.Şahdağ”ın qonağı olacaq.

U-17 komandası səfərdə “Vətən”i böyük hesabla məğlub edib – 11:1. Qələbə qazandığı 3 matçda 22 qol vuran “Qəbələ” turnir cədvəlinin  1–ci pilləsində qərarlaşıb. IV turda “qırmızı-qaralar” AZAL- qonağı olacaq.

“Qəbələ” U-16 Liqasında da ardıcıl 3-cü qələbəsini qazanıb. Öz meydanında AZAL-ı qəbul edən “qırmızı-qaralar” 4 cavabsız qol vurub. 100 faizlik nəticə ilə liderlər qrupunda olan “Qəbələ” IV turda “Xəzər Lənkəran”ın qonağı olacaq.

gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail