Arif Əsədov: "Bu futbolçular "Neftçi"nin gələcəyidir"

11.10.2014 | 2883 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlama verib. Stadium.Az xəbər verir ki, təcrübəli mütəxəssis “Bakı” ilə yoxlama oyunu haqda fikirlərini bildirib:

“Hazırlıq çərçivəsində ikinci oyunumuzu “Bakı” klubuna qarşı keçirdik. Milli komandalara çağırılmış futbolçuların yoxluğunda daha çox gənc oyunçuların xidmətindən yararlandıq. “Qaradağ Lökbatan”la oyunda olduğu kimi bu dəfə də daha çox gənclərə üstünlük verdik. Start heyətində əvəzedici komandadan 2 futbolçunu meydana buraxdıq.

Sonradan daha 4 gənc oyunçuya şans verdik. Bu futbolçular “Neftçi”nin gələcəyidir və çalışırıq ki, onları əsas komandaya mümkün qədər tez cəlb edək. Gənclər püxtələşmək üçün daha çox oyun keçirməlidirlər. Zamanla onlar da əsas komandanın futbolçuları ilə ayaqlaşacaqlar. İnanıram ki, bu futbolçular yaxın gələcəkdə əsas heyətdə yerlərini möhkəmlədə biləcəklər. Onların simasında ümumilikdə ölkə futbolu da yeni adlar qazana bilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail