"Neftçi" "Dəri top" turnirində iştirak edəcək

12.10.2014 | 3031 dəfə oxunub

“Neftçi”nin U-13 komandası Rusiyanın Soçi şəhərində keçiriləcək “Dəri top” turnirində iştirak edəcək. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən klub rəhbərliyi yarışa yollanacaq komandanın üzvləri ilə görüşüb.

Görüşdə “Neftçi” PFK-nın vitse-prezidenti Elnur Məmmədov klub prezidenti Sadıq Sadıqovun adından yeniyetmə futbolçuları salamlayıb və onlara iştirak edəcəkləri turnirdə uğurlar arzulayıb. Qeyd olunub ki, yeniyetmə futbolçuların kiçik yaşlarından beynəlxalq təcrübə əldə etmələri, onların peşəkar futbolçu kimi formalaşmalarında müstəsna rol oynayır.

Klubun icraçı direktoru Mübariz Xudiyev və aşağı yaş qrupları üzrə texniki direktor Yan Versleyen də “Neftçi”də yeniyetmə və gənc futbolçulara hər zaman böyük önəm verildiyini və bu futbolçuların gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlarına inandığını bildiriblər. Sonda isə görüş iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.

“Dəri top” turniri bu gün start götürəcək. Yarışda komandamız Müstəqil Dövlətlər Birliyi ölkələrinin təmsilçiləri ilə mübarizə aparacaq. Xatırladaq ki, “Neftçi”nin U-14 komandası 2012-ci ildə də sözügedən yarışın qalibi olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail