Berti Foqts: "Hər bir oyundan əvvəl qələbə arzulayırıq"

12.10.2014 | 3091 dəfə oxunub


AÇ-2016-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya – Azərbaycan oyunu ərəfəsində bu gün millimizin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunub. Stadium.Az Foqtsun fikirlərini diqqətinizə çatdırır:

"Xorvatiya yığmasının son dünya çempionatında Braziliya və Meksika milliləri ilə oyununu izləmişəm. Bu komanda İtaliya yığmasından heç də zəif deyil. 4 gün ərzində ikinci oyunumuzu keçirməliyik. Bizim üçün asan olmayacaq. İtaliya millisi ilə oyundan sonra cəmi 1 bərpa məşqi keçmək imkanımız olub.

Xorvatiya yığmasının oyunçuları, bizim futbolçulardan fərqli olaraq, Avropanın məşhur klublarında oynayırlar. İtaliya millisi ilə oyunda iki kobud səhv etdik və İtaliya kimi rəqiblər belə səhvləri bağışlamır. Hesab bərabərləşdikdən sonra daha dəqiq oynamalı və səhvə yol verməməliydik. Xal qazanmağımıza səhvlərimiz imkan vermədi.

Standart vəziyyətlərdən və son dəqiqələrdə qol buraxmamaq üçün  illərdir çalışırıq. Bunun əsas səbəbi fiziki hazırlığın yetərli olmamasıdır. Bu çatışmazlıqla bağlı klublarda da müvafiq işlər görülməlidir. Sözsüz ki, hər bir oyundan əvvəl qələbə arzulayırıq. Amma mən reallığı unutmuram. Çətin olacaq. Bununla belə, futbolda hər cür nəticə mümkündür.

İtaliya millisi ilə oyun da göstərdi ki, bir az daha hücumameyilli oynaya bilsəydik, daha artıq təzyiq göstərməyi bacarsaydıq, nəticə qazana bilərdik. Standart vəziyyətlərdə daha diqqətli, rəqibə daha yaxın oynamalıyıq. Start heyətdə kimin oynayacağını dəqiqləşdirmək üçün axşamkı məşqi və sabah səhər tibbi personalın rəyini nəzərə alacağam, yalnız bundan sonra heyətlə bağlı dəqiq qərar qəbul edəcəyəm".


affa.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail