«Elçin Məmmədov 72 dəqiqə Mirça Redniki izlədi»

REFERİ LƏNKƏRANLA AZARKEŞİN KAMERASINA YAXALANDI

08.08.2011 | 4199 dəfə oxunub

Premyer Liqanın ilk turunda "Fırtınalar meydanı"nda keçirilən "Xəzər Lənkəran" - "Sumqayıt Şəhər" komandalarının oyunu zamanı matçın  dördüncü hakimi  Elçin Məmmədov azarkeşlərin diqqət mərkəzində olub. Stadium.az saytı xəbər verir ki, "Xəzər Lənkəran" komandasının ev oyunlarında  daim stadionun "K"rnsektorunda məskunlaşan azarkeşlərdən biri bütün oyun boyu Elçin Məmmədovun hərəkətlərini həvəskar kamera ilə çəkirmiş. Bu haqda «12cioyunçuya» adının açıqlanmasını istəməyən həmin azarkeş özü xəbər verib. Səbəbini soruşduqda isə azarkeş maraqlı fikirləri ilə diqqət çəkib: " Elçin Məmmədov "Xəzər Lənkəran" komandasına zərbə vurmaq üçün həmişə xüsusi missiyanı yerinə yetirir. Uzağa getməyək,  2009/10 mövsümü boyu  Ağasəlim Mircavadovun rəhbərliyində "Xəzər Lənkəran" ümumilikdə 6-dəfə məğlub olmuşdusa, həmin oyunların 5-də Elçin Məmmədov baş hakim olmuşdu və onun ən çox sarı kart göstərdiyi qapıçı da Kamran Ağayev idi. Mirça Rednikin gəlişindən sonra isə o, iş mexanizmində bəzi dəyişikliklər edib dördüncü hakim qismində klubumuza zərbə vurmağa nail olub. İki misalla fikrimi çatdırmağa çalışacağam. "Neftçi" üzərində 4:3 hesablı qələbə ilə bitən kubok oyununda Mirça Rednikin papağını yerə tullaması zamanı guya onun söyüş söyməsi iddiası ilə dördüncü hakim Elçin Məmmədov matçın baş hakimi Anar Salmanova yanlış məlumat vermiş və özü də protokolda bu haqda yazmışdı. Yenə kubok yarışmasının "Bakı" ilə paytaxtda keçirilən cavab oyununda protokola iftira dolu qeydlər edərək, güya Mirça Rednikin Azərbaycan xalqını təhqir etməsini iddia etmişdi. Bunları nəzərə alaraq mən də bu mövsümün ilk oyununda Elçini kameranın nişangahında saxladım. Düzü, Məmmədov bu oyunda bir şey edə bilmədi, ancaq onu da deyim ki, o 72-dəqiqə Mirça Redniki izləmişdi. O Rednikin az qala hər hərəkətinə elə diqqətlə baxırdı ki, bəzən oyunu da yaddan çıxarırdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail