«Bakı»lılar uşaq evini ziyarət etdi

28.12.2010 | 4232 dəfə oxunub

Dünən "Bakı" futbol klubunun üzvləri 3 saylı kimsəsiz uşaqlar evinin qonağı olublar. Uşaqlarla görüşə klub rəsmiləri, məşqçilər, uşaq və yeniyetmə futbolçular və "Bakı Fanat klubu"nun fəal fanları gəlmişdi. Əvvəlcə uşaq evinin uşaqlarından seçilmiş komanda ilə "Bakı"nın 10 yaşlılardan ibarət komandası arasında yoldaşlıq oyunu keçirilib. Maraqlı və gərgin keçən oyunda 8 qol vurulub. Tərəflər qolları yarı bölüblər - 4:4.

rn

Ardından uşaqlara futbolla bağlı məlumatlar verilib, onlarla sağlam həyat tərzinin önəmi barədə söhbətlər aparılıb. Tərbiyəçilərin də iştirak etdiyi rəsmi hissədən sonra uşaqlara klub şarfları, papaqlar, köynəklər, məktəb ləvazimatları və "Toplu Bakı"  jurnalının nüsxələri təqdim olunub.

rn

Görüş şirniyyat stolu arxasında söhbətlə davam etdirilib. Tədbirin sonunda təşəkkürlərini dilə gətirən məktəb rəhbərliyi belə ziyarətlərin mütəmadi xarakter almasını arzulayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail