"Simurq" "İnter"lə oyunun hazırlıqlarına start verir

13.10.2014 | 3429 dəfə oxunub

Premyer Liqada Azərbaycan Milli komandasının oyunları ilə əlaqədar müvəqqəti fasilə verilib. Stadium.Az xəbər verir ki, bu səbəbdən Zaqatalada hazırlıqları davam etdirən "Simurq", oyun praktikasını itirməmək üçün Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşü keçirmək üçün qonşu ölkəyə iki günlük səfər etmişdi.

"Dinamo Arena"da paytaxt təmsilçisi ilə qarşılaşan komandamız ikinci hissədə meydana daxil olan gənc futbolçumuz Oruc Balaşlının qolu sayəsində rəqibi minimal hesabla məğlub etmişdi. Oyundan sonra ölkəyə qayıdan "Simurq", bir günlük istirahətə buraxılmışdı.

Artıq bu gündən yenidən doğma arenada məşqlər bərpa ediləcək. Premyer Liqanın 8-ci turunda "İnter"in qonağı olacaq komandamız, "bankirlərlə" oyuna ciddi itkilərlə hazırlaşacaq. Son məşqlərdə zədələnən polşalı mərkəz müdafiəçimiz Banas Adam və gənc futbolçumuz Murad Səttarlı çalışmalarda iştirak edə bilməyəcək. Həmçinin "Simurq" yığma komandaların düşərgəsində olan İlkin Qırtımov, Vüqar Mustafayev,Vadim Abdullayevsiz bu görüşün hazırlıqlarını davam etdirəcək. 

Zədə səbəbindən Tiflis səfərində komandamıza kömək edə bilməyən Amil Ağacanov və yüksək temperatur səbəbindən "Dinamo" ilə görüşdə forma geyinməyən Samir Zərgərov bugünkü məşqlərdə komanda ilə birgə iştirak edəcək. 


mənbə: simurqpfk.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail