AFFA İK-nin üzvü üsyan etdi: "Foqtsun müqaviləsinin pozulmasını tələb edirəm"

15.10.2014 | 3419 dəfə oxunub

AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov millimizin AÇ-2016-nın seçmə mərhələsindəki son matçında Xorvatiya yığmasına 0:6 hesablı biabırçı məğlubiyyətinə şərh verib. Stadium.Az xəbər verir ki, Rəhimov fiaskoya öz münasibətini açıqlayıb:

"İtaliya yığmasına minimal hesabla məğlub olsaq da,oyundan razı qalmadım. Komandamız bir dəfə də olsun rəqib qapısı qarşısında təhlükəli epizod yarada bilmədi. Xorvatiyayla olan oyun isə artıq fiasko idi. Baş məşqçi başda olmaqla komandanın qarşısına AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparmaq məqsədi qoyulmuşdu. Ən azından qrupda üçüncü yeri tutaraq "play-off"da oynamaq imkanı qazanmaq lazım idi. Artıq üç oyundan sonra o şansımız da qalmadı.

Komandanın bu durumda olmasına baş məşqçi cavabdehdir. Berti Foqtsun mətbuata verdiyi açıqlamanı isə heç cür qəbul etmək olmaz. Foqtsun müqaviləsinin artırılıb-artırılmamasına gəlincə isə, onu dəstəkləyənlərdən biri də mən olmuşam. Amma indi onun müqaviləsinin pozulmasını tələb edirəm. İcraiyyə Komitəsinin üzvləri təcili yığışmalı və mövqeyini ortaya qoymalıdılar. Milli komandanın baş məşqçi postuna kimin gətiriləcəyi haqqında isə heç nə deyə bilmərəm. Bunun üçün fikirləşib düşünmək lazımdı. Baş məşqçinin yerli və ya əcnəbi olması ilə bağlı müzakirə aparılmalı, ondan sonra düzgün seçim olmalıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail