RenaT Sultanov: "Düzünü desəm, qələbə qazanacağımıza inam azalmışdı"

08.08.2011 | 8334 dəfə oxunub

Premyer Liqanın ilk turunda qələbə qazananlardan biri də "Kəpəz" oldu. Evdə "Rəvan"a 3:2 hesabı ilə qalib gələn gəncəlilər bu həftə "Turan" səfərinə yollancaq. Stadium.az saytı xəbər verir ki, "Rəvan"la görüşdə "Kəpəz"in müdafiəsini qoruyan Renat Sultanov matç barədə fikirlərini bildirib: "Oyun gözlədiyimiz kimi keçmədi. Buna da səbəb  güclü yağış yağması, meydançanın yaş olması idi. Bütün bu səbəbərə görə matç o qədər də baxımlı alınmadı.

Görüşün gedişində hesabda iki dəfə geriyə düşdük. Son dəqiqələrə məğlub girirdik. Düzünü desəm, qələbə qazanacağımıza inam azalmışdı. Ancaq yenə də istək var idi və bu istək öz sözünü dedi. Hesab 2- 2 olanda isə qalib gələcəyimizə əmin idim. Çünki həmin gün bəxt bizim tərəfdə idi.

"Rəvan"  da çox yaxşı komandadır. Heyəti komplektləşdirilib. Məncə hələ çox komandalara başağrısı olacaqlar".

Növbəti tur səfərdə "Turan"la qarşılaşacaq "Kəpəz" bu oyundan da üç xalla ayrılmaq niyyətindədir. Sultanov, həftəsonu baş tutacaq qərb derbisi haqda bunları söylədi: "Qarşımızdaki rəqibdən asılı olmayaraq biz hər oyuna qələbə üçün çıxırıq. Qərb derbisinə də qələbə ardınca yollanırıq. Onu da qeyd etmək lazımdır ki, "Turan" öz yerində çox yaxşı çıxış edir. İnşalllah səfərdən gülərüz qayıdarıq. Buna çox inanmaq istəyiram. Meydança yaxşı vəziyyətdə olarsa, qərb derbisi daha baxımlı alınacaq".

Sonda isə Renat, yer aldığı müdafiə xəttindən də danışdı: "Təbii ki, müdafiə xəttində səhvlərimiz yoxdur da deyə bilmərəm. Ancaq pis təsir bağışlamırıq. Bu mövqedəkilər təcrübəli futbolçulardır. İnşallah qarşıdaki oyunlarda problemlər də aradan qalxacaq.  Müdafiə xəttimiz ən etibarlı müdafiəçilərdən qurulub. Çempionatın gedişati bunu göstərəcək".

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail