"Qəbələ" "Qarabağ" üçün Bakıya gəlir

16.10.2014 | 4149 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 17-də Bakıda “Qarabağ”la qarşılaşacaq "Qəbələ” matçın hazırlıqlarını davam etdirir.
 
Stadium.Az klubun saytına istinadən xəbər verir ki, AZAL-la oktyabrın 9-da keçirilən yoxlama oyunundan sonra 1 günlük istirahət edən komanda ardından bərpa etdiyi hazırlıqlarının Qəbələ mərhələsini başa vurub. 

Zədə səbəbindən bir müddət hazırlıqlardan kənar qalan Dodo da bu çalışmalarda iştirak edib. Fərqi proqramla çalışan Volodimir Levin isə komanda ilə məşq keçmir. 

Doğma stadionda son məşqinə çıxan komanda bu gün səhər saatlarında paytaxta yollanacaq. Dorinel Muntyanunun komandasının oyunöncəsi son məşqi qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Milli komandaların düşərgələrindən qayıdan futbolçular da məhz həmin məşqdə komandaya qoşulacaq. Yığmaya yollanan, amma zədə üzündən İtaliya və Xorvatiya ilə matçlarda iştirak edə bilməyən Ruslan Abışovla Ruslan Əmircanov da Bakıdakı məşqdə komandaya qoşulacaq. 

“Qarabağ”la Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:30-da başlayacaq. Matç "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail