Azərbaycan klubları da Rusiyada turnirə qoşulur?

16.10.2014 | 3371 dəfə oxunub

PFL beynəlxalq əlaqələrini genişləndirməkdə qərarlıdı. Stadium.Az xəbər verir ki, Ramin Musayevin prezidenti olduğu qurum Rusiya Futbol Premyer Liqası (RFPL) ilə əməkdaşlıq edəcək.

Bunu RFPL-in prezidenti Sergey Pryadkin açıqlamasından anlamaq çətin deyil. Belə ki, futbol funksioneri Qazaxıstan Peşəkar Futbol Liqası ilə əməkdaşlıq barədə sazişin imzalanmasından sonra gələcək planlar haqda danışıb: “Bu memorandum sonuncu deyil. Növbəti ölkələr Moldova, Belarus, Azərbaycan və Ermənistandı”.

Pryadkin bildirib ki, Qazaxıstan və Rusiya klublarının iştirakı ilə mini-turnirin keçirilməsi də planlaşdırılıb. UEFA təqviminin sıxlığı üzündən bu yarış toplanış dönəmində keçiriləcək. Onun istədiyi baş tutsa, ölkəmizlə də müqavilə imzalansa, gələcəkdə Azərbaycan klublarının da belə turnirlərdə oynaması gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail