Qurban Qurbanov: "Kiminsə, yardımına ehtiyacımız da yoxdu"

17.10.2014 | 3575 dəfə oxunub

"Bizim üçün vacib qalibiyyət idi. Oyundan tam razı qala bilmərəm. Çünki çatışmayan cəhətlərimiz var". Stadium.Az xəbər verir ki, bu fikirləri "Qəbələ" üzərindəki qələbədən sonra (2:0) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov oyun qurmaq baxımından problemlərinin olduğunu bildirib: "Yaxşı komandaya qarşı oynadıq. Əvvəl qapalı oyun oldu. Lakin 25-ci dəqiqədən sonra açıq futbola şahidlik etdik. Reynaldonu ehtiyatda saxlmağımıza səbəb, yaxşı formada olmamasıyla bağlıdı. Onun oyunundan mən də tam razı deyiləm.

Bu məsələylə əlaqədar braziliyalı forvardın özüylə danışmışıq. Almeydaya gəlincə, o, xəsarət alsa da, zədəsi ciddi deyil. Sadəcə olaraq, Almeydanı qorumaq üçün əvəzlədik. Təbii ki, Riçard növbəti görüşlərdə bizə kömək edəcək.

Ansi Aqolli də yorğun olduğundan, bu günkü matçda forma geymədi. Serbiya - Albaniya matçından sonra onlarda yorğunçuluq özünü göstərir. Bu da normal haldı. Az vaxtımız qalıb. Artıq Avroliqanın növbəti turuna hazırlaşmalıyıq.

İstəmərəm qələbəmizə kimsə kölgə salsın. Kiminsə, yardımına ehtiyacımız da yoxdu. Gərək deyək ki, bundan sonra rəqiblərimizin qapısına penalti təyin etməsinlər. İstənilən halda, belə şeylərə fikir vermirik. "Qəbələ" klubuna hörmətlə yanaşırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail