Bu gün son məşq, sabah oyun

18.10.2014 | 3313 dəfə oxunub

Sabah “Bakı” klubunu doğma arenada qəbul edəcək “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini keçirəcək. Stadium.Az xəbər verir ki, bu günki son hazırlıq ümumi məşq planına əsasən taktiki çalışmalardan ibarət olacaq.

Qeyd edək ki, Premyer Liqada yaranmış fasilə zamanı kifayət qədər ciddi şəkildə hazırlaşan komandamız paytaxt təmsilçisini əliboş yola salmaq və azarkeşlərini sevindirə biləcək bir qələbə qazanmaq əzmindədir. Futbolçular qarşıdakı turlarda uğur qazanmaq üçün məhz bu matçın bir körpü olacağına inanırlar.

Bir neçə futbolçunun zədəli olması məşqçilər korpusuna istənilən heyətin qurulmasında ötəri problemlər yaratsa da bu komanda daxilində hazırda hökm sürən yüksək əhval ruhiyyəyə təsir edə bilmir. Beləliklə “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini daha ertə saatlarda keçirəcək. “Bakı” klubu isə son hazırlığına matçın başlama vaxtı, saat 17:00-da stadionun əsas meydançasında başlayacaq.

Xatırladaq ki, “Xəzər Lənkəran” – “Bakı” matçını Əliyar Ağayevin başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri – Rza Məmmədov və Knyaz Əmiraslanov, həmçinin dördüncü hakim Rahil Əhmədov kömək edəcəklər. Beləliklə sabah, oktyabrın 19-da saat 17:00-da “Fırtınalar meydanı”nda start götürəcək “Bakı” ilə qarşılaşma heç bir kanalla nümayiş olunmayacaqsa da “Xəzər LənkəranTV” vasitəsi ilə canlı yayımlanacaq.

Əlavə edək ki, bu gün stadionun yardımçı meydançasında bu klubların əvəzedici heyətləri üz-üzə gələcək. Gənclərimizə dəstək olmaq istəyən azarkeşlərin nəzərinə çatdırırıq ki, əvəzedicilərin oyunu saat 15:00-da başlayacaq. Bu oyunu aşağıdakı hakimlər idarə edəcəklər: Qorxmaz Eldarov, Müslüm Əliyev, Teymur Teymurov, Səbuhi Bayramov.

12cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail