2 qələbə, 4 heç-heçə

18.10.2014 | 4265 dəfə oxunub

Aşağı yaş qruplarından olan komandalar üçün AFFA tərəfindən təşkil olunan liqalarda növbəti oyunlar keçirilib. Stadium.Az xəbər verir ki, son bir həftədə U-14, U-13, U-12 və U-11 liqalarında 2014/15 mövsümünün III, U-19, U-17, U-16 və U-15 liqalarında isə IV turunun matçları keçirilib.

“Qəbələ”nin meydana çıxan 7 komandasından ikisi qalib gəlib. Dördü heç-heçə edib və yalnız biri uduzub. Paytaxt zonasında çıxış edən U-14 komandası “İnter”lə qarşılaşıb. Məhsuldar keçən oyun 2:2 hesabı ilə nəticələnib. Mövsümdə ilk heç-heçəsini edən “Qəbələ” 3 turdan sonra 4 xalla 7-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar”ın növbəti rəqibi çempionatın lideri “Bakı” olacaq.

U-13 komandası Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında keçirilən III urda istirahət edib. İlk iki turda qol buraxmadan böyük hesabla qalib gələn “qırmızı-qaralar” IV turda Balakən UGİM-i ilə qarşılaşacaq. 2 oyundan sonra hesabında 6 xal olan “Qəbələ” 1 matç az keçirdiyi liderdən 1 xal geri qalır.

U-12 komandası ilk xal itkisi ilə üzləşib. “Simurq”la heç-heçə (1:1) “Qəbələ”nin xal hesabın 7-yə çatdırıb. 3 turdan sonra zonanın lideri olan “qırmızı-qaralar” növbəti matçda “Daşqın”la görüşəcək.

U-11 Liqasında “Qəbələ” ikinci oyununda da yüksək məhsuldarlıq göstərib. Oğuzun UGİM komandasını 15:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar” 27 qol vurduğu 2 matçda 6 xal toplayıb. 2-ci pillədə qərarlaşan “Qəbələ” növbəti turda “Simurq”la görüşəcək.

U-19 liqasında “Qəbələ” ilk məğlubiyyətini alıb. Səfərdə “Sumqayıt”a 2:3 hesabı ilə uduzan “qırmızı-qaralar” 3 oyunda 6 xal toplayıb və 5-ci pillədə qərarlaşıb. Komanda V turda AZAL-ı qəbul edəcək.

U-17 komandası qələbə seriyasını davam etdirən “Qəbələ” AZAL-ı 2:0 hesabı ilə məğlub edib. 4 turda 12 xal toplayan komanda çempionatın vahid lideridir. Növbəti tirda “qırmızı-qaralar” “Xəzər Lənkəran”la görüşəcək.

U-16 Liqasında çempionatın liderləri üz-üzə gəlib. Ardıcıl 3 qələbə qazanan “Xəzər Lənkəran”la “Qəbələ”nin görüşündə hesab açılmayıb. Səfər heç-heçəsindən sonra “qırmızı-qaralar” tio fərqinə görə 2-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “Qarabağ”ı qəbul edəcək.

Səfərdə “Şahdağ”la qolsuz heç-heçə edən U-15 komandası mövsümdə ilk xalını itirib. 4 oyunda 10 xal toplayan “Qəbələ” vahid liderliyini davam etdirir. Komanda növbəti turda ən yaxın izləyicisi “Bakı”nı qəbul edəcək.

Qeyd edək ki, bu həftə U-17 Azərbaycan kubokunun da püşkü atılıb. 1/8 final mərhələsindən azad olan “Qəbələ” yarışa dekabrda baş tutacaq 1/4 finaldan başlayacaq. “Qırmızı-qaralar” 1/8 finalda üz-üzə gələcək “Qarabağ” – “Xəzər Lənkəran” cütünün qalibi ilə qarşılaşacaq.

gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail