Araz Abdullayev üzr istədi

18.10.2014 | 3699 dəfə oxunub

"Neftçi"nin futbolçusu Araz Abdullayev klubun rəsmi saytına açıqlama verib. Stadium.Az xəbər verir ki, klubdaxili nizam-intizam qaydalarını pozduğu üçün cəzalandırılan yarımmüdafiəçi bunları deyib:

"Milli komandanın düşərgəsindən yeni qayıtmışıq. İki ağır səfər oyunu keçirdik və təəssüf ki, istədiyimiz nəticələri qazana bilmədik. Psixoloji gərginliyin fonunda bu hərəkətə yol verdim. "Sumqayıt"la oyunda sona qədər meydanda olub komandama kömək etmək istəyirdim. Əvəzlənməyimə qeyri-ixtiyarı olaraq səhv reaksiya verdim.

Bu səbəbdən də haqlı olaraq cəzalandırıldım. Cəza olaraq əvəzedici heyətə göndərilmişəm. Çalışacağam ki, tez bir zamanda özümü doğruldum və yenidən əsas komandaya qayıdım. Etdiyim hərəkətə görə bir daha "Neftçi" azarkeşlərindən, klub rəhbərliyindən və komanda üzvlərindən üzr istəyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi