Əsgər Abdullayev: "İki xal itirdik"

18.10.2014 | 4531 dəfə oxunub

"Araz Naxçıvan" Premyer Liqanın VIII turu çərçivəsində evdə AZAL-la heç-heçə etdi - 2:2. Stadium.Az xəbər verir ki, matçdan sonra Naxçıvan klubunun baş məşqçisi Əsgər Abdullayev bir neçə açıqlama verib.

Təcrübəli çalışdırıcı yetirmələrindən razı qalmadığını deyib: "Futbolçulardan razı qalmadım. Çünki tapşırıqlarımı tam yerinə yetirə bilmədilər. Lakin biz rəqibə nisbətən daha çox hücum etdik. Son dəqiqələrdə Tərlan Xəlilov əlverişli epizoddan yararlana bilsəydi, qələbə qazanacaqdıq. Bütün bunları nəzərə alıb, deyim ki, iki xal itirdik.

Oyuna fərqli taktika ilə çıxmışdıq. Amma qol buraxdıqdan sonra erkən əvəzləmələr edib, David Janelidze və Bəxtiyar Soltanovu hücumda oynatdım. Bizi qarşıda çətin oyunlar gözləyir. Ona görə də Azərbaycan Kubokundakı rəqibimiz “Xəzər Lənkəran”la bağlı danışmaq istəmirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail