«Qarabağ» 5 futbolçu ilə müqaviləni uzatdı

28.12.2010 | 3475 dəfə oxunub

Daim öz ənənələrinə sadiq olan «Qarabağ» dəyərlərinə sahib çıxmaqda davam edir. Son illərdə planlı siyasət nəticəsində Azərbaycan futbolunun yeni istedadlarını üzə çıxardan «Qarabağ» gənc istedadlarıyla gələcəyin komandasını qurur. Klub rəhbərliyi öz futbolçularıyla müqavilələrini uzadıb. Belə ki, «Qarabağ»ın gənc istedadları Maksim Medvedev, Rauf Əliyev, Əfran İsmayılov və Qara Qarayevlə müqavilə müddətləri artırılıb. Müqavilələri yayda başa çatan Maksim, Rauf və Əfranla yeni 2 illik müqaviləylə onların sözləşməsinin müddəti 2013-ün yayına qədər uzadılıb. Daha bir gənc istedad Qara Qarayevin müqaviləsi isə 2014-cü ilin yayına qədər uzadılıb.

rn

Komandanın daha bir üzvüylə də müqavilə yeniləyib. Yayda Ukrayna «Krıvbass»ından ağdamlıların sıralarına qoşulan, oyunuyla müdafiənin sol cinahda diqqəti cəlb edən Ansi Aqolli daha il yarım «Qarabağ»ın uğurları üçün tər tökəcək. Albaniya millisinin üzvü 2012-nin yayına qədər «Qarabağ»la müqavilə bağlayıb.

rn

Görəsən, futbolçular yeni  müqavilərlə bağlı nə fikirləşirlər?

rn

Maksim Medvedev: «Qarabağ» mənim ilk peşəkar klubumdu. 21 yaşım olsa da, artıq 4 ildən çoxdur ki, «Qarabağ»ın əsas heyətində top qovuram. Burada artıq özümü «bərkitmişəm». Təbii ki, doğma klubumla müqaviləmi uzatdığıma görə sevinirəm. Həm Rauf, həm də Əfranla uşaqlıqdan birlikdəyik. Hamımızın müqaviləsinin uzadılması çox sevindiricidir. Bu bizə daha yaxşı çıxış etmək üçün motivasiya verir. Ümid edirəm ki, tezliklə qazanacağımız uğurlarla azarkeşləri sevindirəcəyik».

rn

Rauf Əliyev: «Təbii ki, Maksim kimi mən də gənc olmağımıza baxmayaraq, artıq köhnələrdən sayılırıq. «Qarabağ» komandası daim mənə sahib çıxıb. İndi rahatca futbol haqqında fikirləşəcəyik. Öz «evimizdə» daha 2 il qalacağıq.  Əsas məqsədimiz «Qarabağ»la çempion olmaq, sonra isə Avropada legioner həyatı yaşamaqdır».

rn

Əfran İsmayılov: «Qarabağ» mənim üçün özəl komandadır. Özümü burda çox rahat  hiss edirəm. 5 aydı futbol oynamasam da mənə qarşı çox diqqətli davranırlar. «Qarabağ»la yeni müqavilə bağladığıma görə çox xoşbəxtəm. Bilirəm ki, azarkeşlər məndən çox şey gözləyir. Biz gənclərin birlikdə oynaması eyni zamanda Azərbaycan millisinin gələcəyi üçün də faydalıdır».

rn

Ansi Aqolli: «6 ay bundan qabaq «Qarabağ»a gələndə belə əla komandaya düşəcəyimi gözləmirdim. Teli mənə «Qarabağ»ı çox tərifləsə də, öz gözlərimlə Admirin dediklərinin həqiqət olduğunun şahidi oldum. «Qarabağ»da bir ailə mühiti var. İnşallah, «Qarabağ»da daha böyük uğurlara imza atarıq. Bunun üçün «Qarabağ»da istənilən mühit var».

rn

Qara Qarayev: «Əslən qarabağli olduğuma görə «Qarabağ» mənim komandam olmaqla yanaşı,  aldığım nəfəsdi. Özümü «Qarabağ»dan başqa heç bir yerdə təsəvvür edə bilmirəm. Hələ 5 il «Qarabağ»ın futbolçusu olacağıma görə həqiqətən sevinirəm».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail