Azərbaycan kuboku: 1/16 final rəqəmlərin gözü ilə

20.10.2014 | 3223 dəfə oxunub

Bu həftə Azərbaycan kubokunda yeni mövsümə start veriləcək. Stadium.Az xəbər verir ki, 18 komandanın iştirakıyla keçiriləcək 2014/2015 mövsümünün kuboku 1/16 final mərhələsi ilə başlayacaq.

İlkin mərhələdə birinci divizionun 4 komandası mübarizəyə başlayacaq.


İlk dəfə

Oktyabrın 22-də qarşılaşacaq cütlər indiyədək Azərbaycan kuboku tarixində üz-üzə gəlməyib. İlk dəfə təsadüf olunan cütlər iki 1/8 finalçının adına aydınlıq gətirəcək.



1/16 final

22 oktyabr

1. MOİK - "Lokomotiv" – indiyədək görüşməyiblər
2. "Qaradağ Lökbatan" - "Zirə" – indiyədək görüşməyiblər


147-ci

1/16 final mərhələsinin 4 iştirakçısından üçü əvvəllər də Azərbaycan kubokunda mübarizə aparıb. Yalnız “Zirə” bu turnirin debütantıdır. Düzdür, qəsəbə əvvəl “Dəniz neftçiləri” və “Neftqaz” komandaları ilə kubokda təmsil olunub. Lakin eyniadlı komanda yarışda debüt edir. İndiyədək ölkə kubokunda 146 komandanın oynadığını nəzərə alsaq, debütant bu siyahıya 147-ci kimi daxil olacaq.

MOİK-in 50 arzusu

1/16 final mərhələsinin iştirakçıları arasında Azərbaycan kubokunun ən təcrübəlisi MOİK-dir. Bu yarışda 56 matç keçirən paytaxt klubu 50-ci yubiley qolunun yaxınlığındadır. Bakılılar bunun üçün iki dəfə fərqlənməlidir. “Qaradağ-Lökbatan” 20-ci qol üçün meydana çıxacaqsa, keçirdiyi oyunlarda məğlub olan “Lokomotiv” ilk iddiasındadır.


2800-cü qolu kim vuracaq?

1/16 final mərhələsi ölkə kuboku tarixində yubiley qolla əlamətdar ola bilər. Bunun üçün iki matçda ümumilikdə 3 qol vurulmalıdır. Belə ki, 23-cü yarışın startına qədər bu turnirdə 2797 qol vurulub. Penaltilər seriyası və texniki nəticələr nəzərə alınmamaqla baş tutan 919 qarşılaşmada orta məhsuldarlıq 3,04-ə bərabər olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail