PFL ən çox "Simurq"la "Xəzər Lənəkan"ı cərimələdi

09.08.2011 | 4665 dəfə oxunub

Bu gün İntizam Komitəsinin iclası keçirilib. Stadium.az saytı xəbər verir ki, iclasında Premyer Liqanın ilk turunda baş verənlər müzakirə obyekti olub. Sonda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın I turunun "Xəzər Lənkəran" - "Sumqayıt Şəhər" matçının 90+2-ci dəqiqəsində "Xəzər Lənkəran" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).

Premyer Liqanın I turunun "Kəpəz" - "Rəvan" matçının 59-cu və 78-ci dəqiqələrində "Kəpəz" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).

Premyer Liqanın I turunun "Qəbələ" - "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).

Premyer Liqanın I turunun "Simurq" - AZAL matçının 40-cı dəqiqəsində AZAL klubunun 17 №-li futbolçusu Viktor İqbekoyi sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48). Oyunun 67-ci dəqiqəsində "Simurq" klubunun 13 №-li futbolçusu Aleksandr Şemonayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 37.1).

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin I turunun "Neftçi" -  "Qarabağ" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin I turunun "Simurq" -  AZAL matçının 24-cü dəqiqəsində "Simurq" klubunun 8 №-li futbolçusu Nəsib Əliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 (bir yüz) manat cərimə olunur  (maddə 48). Oyunun 40-cı dəqiqəsində "Simurq" klubunun 22 №-li futbolçusu Bəxtiyar Gözəlov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 (bir yüz) manat cərimə olunur (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail