"Qəbələ" Litvaya gedir

22.10.2014 | 3129 dəfə oxunub

“Qəbələ”  Futbol  Akademiyası  mövsümün  ilk  səfərini gerçəkləşdirməyə hazırlaşır. Stadium.Az xəbər verir ki, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət  komandamız  oktyabrın 23-dən  26-dək Litvanın  paytaxtı Vilnüsdə təşkil olunacaq “Ateitis Cup 2014” beynəlxalq turnirində iştirak edəcək.

Məqsəd komandanın  hazırlıq  səviyyəsini  daha  da yaxşılaşdırmaqdır. Mehman Yunusovun  başçılıq etdiyi kollektiv Baltikyanı ölkəyə oktyabrın  22-də  yola  düşüb.  Turnirin  mükafatı  uğrunda “Qəbələ”  ilə  yanaşı  daha 11  komanda da  mübarizə  aparacaq. Bu 12 komanda 2 qrupa bölünüb. “Qırmızı-qaralar” B qrupunda “Orbita”, “Minsk”  (hər ikisi Belarus), “Dinamo” (Kiyev, Ukrayna), Milli Futbol Akademiyası (Litva) və “Feniks” (Kaunas, Latviya) ilə mübarizə aparacaq. A qrupunda isə “Barselona”  Futbol Akademiyası (İspaniya), “Ateitis”(Litva), SHFS (Riqa, Latviya), “Lokomotiv” (Sankt-Peterburq,  Rusiya),  “Smena”, BATE (hər ikisi Belarus) çıxış edəcək.

“Qəbələ” oktyabrın 24-də keçiriləcək ilk turda “Feniks”lə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 13:50-də başlayacaq. Eyni gündə, saat 16:35-də isə Milli Futbol Akademiyası ilə görüşəcək “qırmızı-qaralar” 18:20-də Kiyev “Dinamo”su ilə görüşəcək. Ertəsi gün belaruslularla üz-üzə gələcək U-15 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək. Ayın 26-da isə müvafiq yerləri tutan komandalar həlledici matçlarda qüvvəsini sınayacaq. “Ateitis Cup” turniri müxtəlif yaş  qrupları  arasında  olmaqla hər  il  keçirilir.  Litvaya  yollanacaq  qrupa  akademiyamızın  baş məşqçisi  Halim  Fıçıcı,  komandanın  baş  məşqçisi  Mehman Yunusov,  qapıçı  məşqçisi  Sahil Kərimov,  eləcə  də  20  nəfərlik futbolçu  heyəti  daxildir: Fərman Bayramov,  Sərxan  Osmanov, Rüstəm  Nuriyev,  İzzət  Müştaqov,  Vüsal  Məsimov,  Təbriz İsazadə,  Arsen  Ağcabəyov, Fəqan Məsimov, Tolqar Yaqubov,  Eldost  Qiyasbəyli,  Fərid  Quliyev, Məhəmməd Abbaslı,  Qabil Sabirli,  Kamran  Quliyev,  Rəşid Manafov,  Fikrət  Tağıyev, Rəşad Tağıyev,Elcan Hafizli, Elmir Tağıyev və Rəşad Bağırov.  


gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail