Adil Mahmudov: "Premyer Liqa klubları ilə oyun bizim üçün böyük təcrübədir"

22.10.2014 | 2522 dəfə oxunub

Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Qaradağ Lökbatan” “Zirə”ni 1-0 hesabı ilə məğlub etdi. Stadium.Az xəbər verir ki, “Qaradağ Lökbatan” 1/8 final mərhələsində “Neftçi” ilə üz-üzə gələcək.

Bəhram Şahquliyev (“Zirə”nin baş məşqçisi): “Biz yeni komandayıq. Oyundan oyuna daha da inkişaf etmək istəyirik. Oyun yaxşı alındı. Məğlubiyyətə baxmayaraq, mən futbolçulardan razı qaldım. Hakimlik barədə danışmaq istəmirəm. Bu barədə Hakimlər Komitəsi qərar verə bilər. Biz ikinci hissədə rəqibdən daha üstün idik. Düşünürəm ki, Vüqar Əsgərovun yerdə qaldığı epizodda lehimizə penalti verə bilərdi. Əgər qırmızı vərəqə almasaydıq, oyunda qələbə qazana bilərdik. Bütün bunlara baxmayaraq, “Qaradağ Lökbatan”ı təbrik edirəm. İnşallah, kuboku qazansınlar”.

Adil Mahmudov (“Qaradağ Lökbatan”ın baş məşqçisi): “Oyuna yaxşı hazırlaşmışdıq. Kubok oyunlarında ani epizodlar çox şeyi həll edir. Biz qol vurmalı idik. Çünki oyunun əlavə vaxta getməsi bizə sərf etmirdi. Qarşıda çətin oyunlarımız var. Çox güc itirə bilməzdik. Komandamın üzvlərini təbrik edirəm. Komandamız yarandığı gündən bu yana çempionluq uğrunda mübarizə aparıb. Biz kubokda güclü rəqiblərlə üz-üzə gəlirik. “Neftçi” ilə görüşəcəyimizə görə şadam. Belə oyunlar bizim üçün təcrübə baxımından çox vacibdir”.  


pfl.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail