AFFA-dan «Qarabağ»ın baş məşqçisinə 5 oyunluq cəza

15.11.2010 | 3497 dəfə oxunub

Bu gün AFFA İntizam komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyində dayanan əsas məsələlər isə həmişəki kimi Premyer Liqa, I divizion və əvəzedicilər arasında keçirilən son oyunlarda baş verənlərə aydınlıq gətirmək, müvafiq cərimələrlə cəzaları aydınlaşdırmaq olub.  

rn

 İntizam Komitəsinin iclasında aşağıdakılar barədə qərarlar qəbul olunub.

rn

12 noyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasının XIII turunun MOİK - AZAL matçının 60-cı dəqiqəsində MOİK klubunun 1 №-li futbolçusu Amiran Qventsadze aqressiv oyuna görə (rəqibə əl ilə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 (dörd min) manat cərimə olunur (maddə 38.4).

rn

13 noyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasının XIII turunun "Muğan" - "Neftçi" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 (min) manat cərimə olunur (maddə 40).

rn

11 noyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin MOİK - AZAL matçının 90+3-cü dəqiqəsində MOİK klubunun 8 №-li futbolçusu Rafael Qəvami kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 (min) manat cərimə olunur (maddə 37.1).

rn

13 noyabr 2010-cu il tarixində I divizionun X turunda "Neftçi"İSM - "Bakılı" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 (yüz) manat cərimə olunur (maddə 40).

rn

14 noyabr 2010-cu il tarixində I divizionun X turunda "Karvan" - "Abşeron" matçında "Karvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (yüz) manat cərimə olunur (maddə 40).

rn

11 noyabr 2010-cu il tarixində "Kapital Bank U-15 Liqa"nın "Qarabağ" - "Qəbələ" matçının 70+3-cü dəqiqəsində "Qarabağ" klubunun 17 №-li futbolçusu Cəlal Qənbərli rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1). Oyun başa çatdıqdan sonra "Qarabağ" klubunun baş məşqçisi Oktay Ocaq hakimləri təhqir etdiyi üçün baş məşqçi 5 oyunluq cəzalanır (maddə 42.4).

rn

13 noyabr 2010-cu il tarixində U-13 Liqasının UGİM - "Turan" matçının 38-ci dəqiqəsində "Turan" klubunun 1 №-li futbolçusu Yaşar Quliyev "sonuncu ümid folu"na görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

rn

14 noyabr 2010-cu il tarixində U-13 Liqasının RİOEUGİM (Ağstafa) - UGİM (Goranboy) matçının 46-cı dəqiqəsində RİOEUGİM (Ağstafa) klubunun 4 №-li futbolçusu Mehrac Mahmudov rəqibini vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

rn

14 noyabr 2010-cu il tarixində futzal üzrə Azərbaycan çempionatının I dəstəsinin EURO ABM - "Tərəqqi" matçının 50-ci dəqiqəsində EURO ABM klubunun 8 №-li futbolçusu Ülvi Hacıyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

rn

14 noyabr 2010-cu il tarixində futzal üzrə Azərbaycan çempionatının I dəstəsinin "Neftçi" - "Kəpəz" matçının 25-ci dəqiqəsində "Kəpəz" klubunun məşqçisi Adil Məmmədov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 64).

rn

14 noyabr 2010-cu il tarixində futzal üzrə Azərbaycan çempionatının I dəstəsinin "Halliburton" - FHN matçının 50-ci dəqiqəsində "Halliburton" klubunun rəhbəri Ceyhun İsmayılov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 64).

rn

14 noyabr 2010-cu il tarixində futzal üzrə Azərbaycan çempionatının I dəstəsinin NTD - "Olimpik" matçının 43-cü dəqiqəsində NTD klubunun futbolçusu Ramin Həsənov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Matçın 48-ci dəqiqəsində NTD klubunun №-li futbolçusu Faiq Hacıməhərrəmov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). yunun 48-ci dəqiqəsində "Olimpik" klubunun 1 №-li futbolçusu Nihat Çətindərə rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail