"Simurq" AZAL-la oyuna hazırlaşır

27.10.2014 | 4577 dəfə oxunub

Premyer Liqanın IX turunda doğma arenada "Araz Naxçıvan"ı böyükhesabla məğlub edən "Simurq", ara vermədən növbəti oyunun hazırlıqlarına başlayıb. Stadium.Az xəbər verir ki, dünən səhər saatlarında yağış altında keçirilən məşqdə futbolçular iki qrupa bölünüb.

 

Son görüşdə əsas heyətdə forma geyinən futbolçular qaçış və isinmə hərəkətlərindən sonra məşqi fitness zalda davam etdirib. Qalanları isə qısa ötürmələr və qapıya zərbələrdən sonra ikitərəfli oyun keçirib. Bu gün komanda Zaqatalada son hazırlıq işlərini görəcək. Ondan sonra "sarı-qaralar" Bakıya yola düşəcək. "AZAL"la oyun öncəsi son məşqini isə qarşılaşmanın keçiriləcəyi "AZAL Arena"da edəcək.  

 

"Simurq" "təyyarəçilər"lə görüşə ciddi itkilərlə çıxacaq. Zədəli Adam Banas və Murad Səttarlı ilə yanaşı, Benjamin Lambotda bu matçda forma geyinə bilməyəcək. Belçikalı futbolçu "Araz Naxçıvan"la oyunda sarı vərəqə limitini doldurduğuna görə komandasına kömək edə bilməyəcək.

 

"AZAL" - "Simurq" qarşılaşması oktyabrın 29-da saat 17:00-da start götürəcək. Zaqatala təmsilçisinin Topaz Premyer Liqasının 2014/15-ci il mövsümünün ikinci dövrəsindəki ilk matçı da "Simurq TV" vasitəsilə "AZAL Arena"dan canlı yayımlanacaq.

 

simurqpfk.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail