"Qəbələ" BATE-yə uduzdu

27.10.2014 | 2929 dəfə oxunub

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup 2014” beynəlxalq turnirinə yekun vurulub. Stadium.Az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının U-15 komandası yarışın son günündə III yer uğrunda matça çıxıb. 

Turnirin B qrupunda 2-ci yeri tutan Mehman Yunusovun komandası A qrupunun ikincisi olan Belarus təmsilçisi BATE ilə görüşüb. Maraqlı mübarizə şəraitində keçən matçın əsas vaxtı 1:1 hesabilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan belaruslular 10:9 hesabilə qalib gəliblər. Beləliklə, “qırmızı-qaralar” yekunda 4-cü pillə ilə kifayətləniblər. Turnirin qalibi adını isə Litvanın Milli Futbol Akademiyası qazanıb. Turnirin təşkilatçısı olan “Ateitis” klubu 2-ci olub.

Qeyd edək ki, qrup mərhələsində “Feniks” (Kaunas, Latviya) və “Orbita” (Belarus) üzərində eyni – 2:1, “Dinamo”nu (Kiyev, Ukrayna) 4:0 hesabı ilə məğlub edən “Qəbələ” “Minsk”lə (Belarus) 0:0 hesablı heç-heçə edib. Komandamız qrupdakı yeganə məğlubiyyətini turnirin qalibi olan Milli Futbol Akademiyası (Litva) ilə görüşdə alıb – 0:2.

gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail