«Bakı»nın məşqçisi cəzalandırıldı

28.12.2010 | 3779 dəfə oxunub

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

rn

Premyer Liqanın  XIX turunun  "Qəbələ" - "Bakı" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 (bir min) manat cərimə olunur  (maddə 40). Oyunun 71-ci dəqiqəsində "Bakı" klubunun məşqçisi Aleksandr Polkin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 1000 (bir min) manat cərimə olunur (maddə 64).

rn

Premyer Liqanın  XIX turunun  "Muğan" - AZAL matçında "Muğan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur  (maddə 40). Oyunun 90+4-cü dəqiqəsində "Muğan" klubunun 34 №-li futbolçusu Cavad Mirzəyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).

rn

Premyer Liqanın  XIX turunun "Xəzər Lənkəran" - "Qarabağ" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur  (maddə 40). Matçın 13-cü və  72-ci dəqiqələrində "Xəzər Lənkəran" klubunun azarkeşləri  tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).

rn

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun "Qəbələ" - "Bakı"  matçının 76-cı dəqiqəsində "Bakı" klubunun 28 №-li futbolçusu Natiq Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 (bir min) manat cərimə olunur (maddə 37.1).

rn

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun "Muğan" - AZAL matçında "Muğan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur  (maddə 40).

rn

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun "İnter" - "Gəncə" matçının 68-ci dəqiqəsində "İnter" klubunun 4 №-li futbolçusu Asif Mirili kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 (bir yüz) manat cərimə olunur (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail