Mahir Şükürov: “Yaxşı futbol oynamaq üçün çox darıxmışdım”

11.08.2011 | 5535 dəfə oxunub

Azərbaycan milli komandasının və «Qəbələ»ni müdafiəçisi Mahir Şükürovun müsahibəsi:


- Yığma komandamızın dünən Makedoniya ilə keçirdiyi yoldaşlıq görüşü haqda fikirlərin necədir?

- Əvvəla onu deyə bilərəm ki, güclü rəqibə qarşı oynayırdıq və bu oyuna çox yaxşı hazırlaşmışdıq. İlk hissədə komandamız yaxşı təsir bağışlasa da, ikinci yarıda rəqibin bir neçə təhlükəli vəziyyəti oldu ki, onu da dəyərləndirməyi bacardılar.

- İlk hissədə yaxşı təsir bağışlasanız da,  fasilədən sonra bunun tam əksini gördük.

- Özünüz də gördünüz ki, ikinci hissədə oyuncu dəyişikliyi çox oldu və bu, futbolçular arasında anlaşılmazlığa gətirib çıxardı. Həm də meydandakı uşaqların çoxu öz klublarında əsas heyətdə daim yer ala bilmirlər. Digər tərəfdən, rəqib ilk yarıda tez-tez yaratdığımız təhlükəli vəziyyətlərdən nəticə çıxararaq ikinci hissədə özünü toparladı və daha diqqətli oynamağa başladı. Deyərdim ki, bizim daha çox qol vurmaq şansımız oldu. Sadəcə, son nöqtəni qoyan futbolçu olmadı.

- "Bakı" ilə çempionat oyununda və millidə çıxışın yaxşı təsir bağışladı. Dəyəsən, əvvəlki formanı qaytarırsan.

- Mənim də məqsədim budur ki, əvvəlki çıxışlarımı bərpa edim. Deyim ki, yaxşı futbol oynamaq üçün çox darıxmışdım. Düşünürəm ki, qarşıdakı oyunlarda həm milli komandaya, həm də "Qəbələ"ya fayda verəcəyəm.

- Klubdan söz düşmüşkən, "Bakı"yla oyunda üstün tərəf olsanız da, qələbə qazana bilmədiniz.

- Doğrudan da, çox təhlükəli vəziyyətlər yaratdıq, amma topu qapıdan keçirə bilmədik. Burda hücumçuların passivliyi ilə yanaşı, bəxt amili də rol oynadı. Qələbə qazana bilməsək də, klub rəhbərliyi və baş məşqçi bizdən razı qaldığını bildirdi. Nəzərə alsaq ki, "Bakı" komandası da çempionluğa iddialı olan güclü klublardan sayılır, həmin oyunu xeyrimizə saymaq olar. Ancaq bu matçda "Qəbələ" "Bakı"dan daha güclü idi və qələbəyə layiq idik.

- "Qəbələ" futbolçuları hakimin "Bakı"nın qapısına penalti təyin etməli olduğunu, lakin bunu etmədiyini söyləyir. Bu haqda sən necə  düşünürsən?

- Epizodu meydanda görə bilməsəm də, sonradan oyunun videyazısına baxdım. Həmin anda rəqib futbolçu Vurğun Hüseynovun köynəyindən dartırdı. Mən də iddia edirəm ki, bu epizodda penalti var idi.

rnrnrnrn


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail