Rəşad Sadiqov: "Oynamağa imkan vermirlər" - MÜSAHİBƏ

01.11.2014 | 5576 dəfə oxunub

"Sumqayıt"la oyundan sonra "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqov Stadium.Az saytının əməkdaşına müsahibə verib:

- “Sumqayıt”la oyunumuz həqiqətən çox gərgin keçdi. Düzünü deyim ki, çətin olacağını da bilirdik. “Sumqayıt” yaxşı komandadı, sonadək mübarizə aparırlar. Əsas odu lazım olan qələbəni əldə etdik. Son zamanlar onlara qarşı oynamaq həqiqətən çətin olur. Çünki hamısı cavandı, birəbir mübarizə aparırlar.

- Hələ də səndən gözlədiyimiz oyunu görmürük...

- Burda meydan sintetikdir. Həm də rəqib komandada olan cavan uşaqlar oynamağa imkan vermirlər. Əsas olan odur ki, 3 xalı qazandıq.

- “Qarabağ”a qarşı yaxşı oynayıb uduzduz, “Sumqayıt”a qarşı belə oyunla qazandız...

- Elə oyunlarda yaxşı oynasaq da məğlub olmuşuq. Bu da istər istəməz komandada gərginlik yaradır. Mənə elə gəlir, yaxşı oynayıb uduzmaqdansa, pis oynayıb qazanmaq yaxşıdır.

- Nə vaxta kimi belə gedər səncə?

- Çox adam deyir ki, pis oynadıq. Əslində normal çıxış etdik. Sadəcə son 15 dəqiqədə arxaya çəkilib hesabı qorumağa çalışdıq. Buna görə pis göründü. 5-6 yüz faizlik qol şansımız oldu. Hesab 1-2 olandan sonra arxaya çəkildik, bu da gərginlik yaratdı və rəqib üstümüzə gəlməyə başladı. O qol vəziyyətlərindən 3-4 vursaydıq, indi başqa cür olardı.

- Nədənsə “Xəzər Lənkəran” hesabda önə keçən kimi geri çəkilir, müdafiəyə qapanır. Bu nəylə bağlıdı?

- İstədik topu özümüzdə saxlayaq, komanda sakitləşsin. Biri var “Dalğa Arena”nın suni meydanında oynayasan, biri var buranın. Burda oynamaq çox çətindi.

- “Sumqayıt”la oyunda həm də sizin komandaya xas olmayan uzaq dioqanal paslarla oyun da gördük...

- Topu qəbul edəndə əziyyət çəkirdik. Çünki top tullana-tullana hərəkətdə olur bu meydanda. Ona görə uzaq paslara üstünllük verirdik. Həm də bu cavanlara qarşı ara paslarla oynamaq çətindi.

- Rəşad, demək olar, bu oyunda bəxtiniz gətirdi?

- Mən elə düşünmürəm. O qədər yüz faizlik qol şanslarımız oldu, onların 3-4-dən istifadə etsəydik, hesab taş fərqli olardı. “Sumqayıt” son dəqiqədəki hücumunda top qapı dirəyinə dəydi. Bizim qollarımız alınsaydı, heç bu da danışılmayacaqdı.

- Millinin baş məşqçinin yerli və ya əcnəbi olmasına münasibətin necədi?

- Yerli olsa yaxşı olar. Çünki yerli məşqçi mentaliteti bilir, futbolçuları tanıyır, daim Azərbaycanda olur. Legioner isə bunları bacarmır və nəticədə seçimi düzgün olmur. Ən yaxşısı yerli məşqçinin olmasıdır.

- “Sumqayıt”la oyunu millinin müvəqqəti baş məşqçisi Mahmud Qurbanov da izləyirdi. Ümid edirsən sənə də dəvət göndərəcək?

- Əlbəttə, əlimdən gələni edəcəm ki, əsas komandaya çağrılım. 

Ümid BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail