"İnter"dən ilk, Azərbaycanda 12-ci

01.11.2014 | 3561 dəfə oxunub

Bakının “İnter” klubu ardıcıl 3 oyunda qolsuz heç-heçə etməklə diqqət mərkəzinə düşüb. Stadium.Az xəbər verir ki, Premyer Liqanın VIII turunda “Simurq”, IX turunda “Neftçi” ilə 0:0 hesablı heç-heçə edən paytaxt təmsilçisi X turda “Qarabağ”la matçdan qolsuz “sülh”lə ayrılıb.

Ardıcıl 3 görüşdə qol vurmadan 1 xal qazanmaq “İnter”in tarixində ilk belə haldır. Lakin ardıcıl üç 0:0-a imza atmaq Azərbaycanda görünməmiş hadisə deyil. Sonuncu belə hal təxminən yarım il əvvəl qeydə alınmışdı. “Rəvan”, “Simurq” və “Neftçi” ilə görüşlərdə 1 xal qazanan AZAL nə qol vurmuşdu, nə də buraxmışdı. Buna ötən mövsümün sonunda – 32-34-cü turlarda təsadüf olunmuşdu.

Ümumiyyətlə isə “İnter”dən əvvəl 11 dəfə bir komanda ardıcıl üç dəfə 0:0 hesabı ilə kifayətlənib. 0:0-lar üzrə rekordlar digər paytaxt klubları AZAL (2005/06, 2006/07, 2013/14) və “Neftçi”yə (1994/95, 2008/09, 2009/10) məxsusdur. Onların hərəsi 3 belə seriyaya malikdir. “Qarabağ” (1997/98, 2009/10) iki, “Karvan” (2009/10), “Turan” (1996/97) və “Xəzri” (1994/95) hərəyə 1 dəfə qolsuz oyunların sıralamasını 3-ə çatdırıb. Lakin indiyədək 4-ə çatan olmayıb ki, seriyası davam edən “İnter” bu görünməmiş nəticəni gerçəkləşdirə bilər.

“İnter” ardıcıl heç-heçmə seriyası isə 4-ə çatıb. Belə ki, qolsuz başa çatan 3 görüşdən öncə bakılılar AZAL-la 1:1 hesabı ilə ayrılmışdı. Heç-heçə seriyalarında Azərbaycan çempionatlarının rekordu isə 5-ə bərbərdir. “Neftçi” 1993/94 və 2010/11, “Qarabağ” 1999/2000, “Kəpəz” 2010/11 mövsümlərində 5 ardıcıl qarşılaşmada 1 xal əldə edib. “İnter” 5 dəfə qeydə alınan rekordu təkrarlamaq üçün 1 heç-heçə etməlidir.


pfl.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail