Qurban Qurbanov: 200-lə 300-ü birləşdirən oyun

01.11.2014 | 2840 dəfə oxunub

Premyer Liqanın XI turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün ikiqat yubileylə əlamətdar olacaq. Stadium.Az xəbər verir ki, 42 yaşılı mütəxəssis karyerasında baş məşqçi kimi 300-cü, “Qarabağ”la Premyer Liqada 200-cü oyunu keçirəcək.

“Araz-Naxçıvan”la sabah baş tutacaq qarşılaşmayadək onun hesabında 299 oyun var. Məşqçilik karyerasına 2006-cı ildə “Neftçi”də başlayan Qurbanov bakılıları 38 oyuna çıxarıb: 25 qələbə, 6 heç-heçə, 7 məğlubiyyət, top fərqi 76-28. 2008-ci ildən “Qarabağ”da işləyən mütəxəssis bu komandadakı 261 matçda 131 qələbə, 78 heç-heçə və 52 məğlubiyyət görüb. Top fərqi isə 342-197-dir.

Baş məşqçi kimi yalnız bu iki klubda çalışan Qurbanov ümumilikdə 299 qarşılaşmada 156 qələbə, 84 heç-heçə və 59 məğlubiyyətə şahid olub. Onun yetirmələri 418 qol vurub, 225-ni buraxıb. Qurbanovun 299 matçından 227-si çempionat, 33-ü kubok, 39-u avrokubok oyunudur. Premyer Liqadakı 227 görüşdən 28-i “Neftçi”, 199-u “Qarabağ”da olub. Bu da o deməkdir ki, mütəxəssis Ağdam təmsilçisini 200-cü çempionat sınağına çıxaracaq. Klubdakı 6-cı mövsümdə onun yetirmələri 101 qələbə qazanıb, 58 heç-heçə edib və 40 dəfə uduzub. Bu matçların top fərqi 267-150-dır.


pfl.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail