Kaxaber Sxadadze 200-ü keçdi, 250-yə yaxınlaşdı

01.11.2014 | 3821 dəfə oxunub

Premyer Liqanın XI turunun “Sumqayıt”la qarşılaşması “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin Azərbaycan karyerasında 250-ci matç olacaq. Stadium.Az xəbər verir ki, ölkəmizdə əvvəl “Standard” sonra “İnter”i çalışdıran gürcüstanlı mütəxəssis bu iki komandanı üst-üstə 249 matça çıxarıb.

Bu qarşılaşmalarda 127 qələbəyə sevinən baş məşqçi 68 heç-heçə görüb və 59 məğlubiyyətə üzülüb. Onun yetirmələri 334 qol vurub, 199-nu buraxıb. 2009-cu ilin yayından “İnter”də çalışan Sxadadzenin bu matçlarından 219-u indiki postunda baş tutub. Bakılılar onun rəhbərliyi altında 111 qələbə qazanıb, 62 heç-heçə edib və 46 dəfə uduzub. Bu oyunların top fərqi 301-166-dır. 2008-ci ildə “Standard”da qazanılan nəticələr isə 30 oyunda 11 qələbə, 6 heç-heçə və 13 məğlubiyyətdən ibarətdir. Burada Sxadadze 33 vurulan və eyni sayda buraxılan qola şahidlik edib.

Qeyd edək ki, gürcüstanlı mütəxəssis X turun “Qarabağ”la görüşündə 200-cü Premyer Liqa matçının iştirakçısı oldu. Bunların 174-ü “İnter”, 26-sı “Standard”ın baş məşqçisi kimi baş tutub. Çempionatda 97 qələbə, 54 heç-heçə və 49 məğlubiyyətin həyəcanını yaşayan Sxadadzenin yetirmələri 252 qol vurub, 159-nu buraxıb. Onun Azərbaycanda iş başında olduğu digər 49 oyundan 27-si ölkə kuboku, 6-sı Birlik kuboku, 16-sı avrokubok matçıdır.


pfl.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail