Arif Əsəsdov: "Komandam çempionat ərzində ən yaxşı oyunlarından birini keçirdi"

02.11.2014 | 4136 dəfə oxunub

Bir qədər əvvəl başa çatan Premyer Liqanın XI turunun oyununda “Neftçi” AZAL-ı 4-0 hesabı ilə məğlub etdi. Stadium.Az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Arif Əsədov darmadağın etmələri barədə danışıb:

“Komandam çempionat ərzində ən yaxşı oyunlarından birini keçirdi. Oyuna ilk dəqiqələrdən yaxşı kökləndik. Topu özümüzdə daha çox saxlamalı idik. Eyni zamanda, itirdiyimiz topu da tez əldə etmək üçün çalışmalıydıq. Komanda öz oyununu tapmaqdadır. Kanalesə mütəmadi olaraq, şans verirdim. Bu gün iki qol vurdu. Yəqin ki, bu gün vurulan qollar ona gələcək matçlarda da kömək edəcək. Hücumu daha da yaxşılaşdırmalıyıq. Gənc qapıçı Emil Balayevə güvənirik. O da etimadı doğruldur. Elşən Abdullayevin də oyununu qeyd etməliyəm. Turnir cədvəlində irəli getdikcə biz gənclərə daha çox şans verəcəyik. Həmin vaxt gənclər daha sərbəst oynayırlar. Elşən oyuna yaxşı qoşuldu. Amma oyunun gedişində zədə aldı. Elşənin tez bir zamanda bərpa olunacağını düşünürəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail