Sumqayıtda 827 günlük həsrətə son qoyulur

12.08.2011 | 5515 dəfə oxunub

827 gündən sonra Sumqayıtda Azərbaycan çempionatının oyunu keçiriləcək. Stadium.az xəbər verir ki, bu əlamətdar hadisəni Mehdi Hüseynzadə adına şəhər stadionunda "Sumqayıt Şəhər" reallaşdıracaq. 

Almaniyalı Bernard Raabın baş məşqçisi olduğu komanda güclülər dəstəsində keçirəcəyi ilk ev oyununda "Qəbələ"ni qəbul edəcək. Bununla, ölkəmizdə 2-ci mövsümdür çalışan qonaqların məşhur ingilis baş məşqçisi Toni Adams Sumqayıtda ilk görüşünü keçirəcək və azarkeşlər futbol bayramının şahidi olacaqlar.

Əslində, "Gənclik şəhəri"ndə ötən mövsüm elə sumqayıtlıların iştirakı ilə oyunlar keçirilsə də, bu, I divizion çərçivəsində olub. İndi "Sumqayıt Şəhər" Sumqayıtın yenidən milli çempionatda təmsilçisi olmasına şərait yaradır. Bu şəhərin Premyer Liqada sonuncu təmsilçisi isə "Standard" idi. Uzun müddət Bakını təmsil edən bu komanda tarixində son mövsümdə Sumqayıta köçdü. Orada son oyun isə 2009-cu ilin mayın 9-da Qələbə günündə oldu. 

"Standard" "Gənclik şəhəri"ində axırıncı ev oyununda "Karvan"ı darmadağın etdi - 6:0. Ancaq bu, sonda ona kömək olmadı və hər 2 komanda I diviziona düşdü. "Standard" orada oynamaqdan imtina edərək, dağıldı və ötən il yaranan "Sumqayıt" "Gənclik şəhəri"ni təmsilçisiz qoymayaraq, aşağı dəstədə çıxış etdi. 

 Sumqayıtın əvvəllər təmsilçiləri "Xəzər", "Sumqayıt", "Kimyaçı", "Gənclərbilriyi" olub. Onlardan ən yüksək göstəriciyə imza atan "Xəzər" ilk 2 çempionatımızın gümüş medalını qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail