Mario Rosasın “Xəzər Lənkəran”a keçidi baş tutmayacaq?

13.08.2011 | 4612 dəfə oxunub

İspaniyalı futbolçu Mario Rosasın "Xəzər Lənkəran"a keçidi baş tutmaya bilər. Stadium.az xəbər verir ki, danışıqlar aparmaq üçün ölkəmizə gələn 31 yaşlı yarımmüdafiəçinin Premyer Liqada oynaması bu gedişlə alınmayacaq.

Buna səbəb Rosasın "ağ-yaşıllar"dan çox pul istəməsidir. Əldə etdiyimiz xəbərə görə, Mario cənub təmsilçisindən 1 mövsüm üçün təxminən 400 min avro istəyir. Amma "ağ-yaşıllar" rəhbərliyi bu məbləğin kifayət qədər bpyük olduğunu əsas gətirərək, vermək fikrində deyil. 

Qeyd edək ki, Rosas "Xəzər Lənkəran"ın Avstriyadakı təlim-məşq toplanışının son günlərində baxışa gəlmişdi. Müxtəlif illərdə İspaniyanın 16, 17 və 18 yaşlılardan ibarət yığmasında ümumilikdə 29 oyun keçirmiş Rosas 6 qolun müəllifidir.

1997-2000-ci illərdə Kataloniya təmsilçisinin ikinci komandasında forma geyinən Rosas 103 oyunda 31 qol vurub. O, əsas komandanın da şərəfini qoruyub ki, cəmi 1 qarşılaşmada meydana çıxıb.

Mario sonradan "Alaves" (2000-2002), "Salamanka" (2001-2002), "Numansiya" (2002-2003), "Qadis" (2003-2004), "Kastelyon" (2005-2009), "Mursiya" (2009-2010) və "Salamanka" (2010-??) klublarında çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail