"Qəbələ" XII turun hazırlıqlarına başladı

08.11.2014 | 3637 dəfə oxunub

Premyer Liqanın XI turunun “Bakı” ilə oyunundan sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib. Stadium.Az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə 4 gün istirahət edən “qırmzı-qaralar” noyabrın 7-dən məşqlərə start verib.

Dünən ilk məşqinə çıxan komanda hazırlığın ilk mərhələsini doğma stadionda keçirir. Məşqlərdə milli komandaların düşərgəsində olan oyunçular, həmçinin zədəli Ruslan Əmircanovla Ürfan Abbasov iştirak etmir. Bu iki futbolçu məşqin bəzi bölümlərində kollektiv çalışmalara qoşulur, bəzilərində isə digər zədəli Vladimir Levin kimi fərqi məşq edir.

Bu günə iki hazırlığı planlaşdırılan Dorinel Muntyanunun yetirmələri sabah yoxlama matçı keçirəcək. Komanda əvəzedici heyəti sınağa çəkəcək. Noyabrın 10-da da iki məşqi olan “Qəbələ” ertəsi gün Bakıya yollanmağı planlaşdırır. Belə ki, noyabrın 20-də paytaxtda AZAL-la keçiriləcək Premyer Liqa matçı öncəsi daha bir yoxlama matçı nəzərdə tutulub.

“Qırmızı-qaralar” ayın 12-də “Sumqayıt”la üz-üzə gələcək. Bu qarşılaşma “Kapital Bank Arena”da baş tutacaq və saat 14:00-da başlayacaq.


Premyer Liqanın 11 turundan sonra aktivində 17 xal olan “Qəbələ “ turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail