"Sumqayıt" xoşagəlməz olayla bağlı bəyanat yaydı

13.11.2014 | 5722 dəfə oxunub

Məlumat üçün bildirək ki, noyabrın 12-də "Kapital Bank Arena"da "Sumqayıt" FK ilə "Qəbələ" FK arasında yoxlama oyunu keçirilib.

Stadium.Az xəbər verir ki, qarşılaşmanın 40-cı dəqiqəsində stadionda olan bir azarkeş tərəfindən rəqib komandanın üzvü Ekiqo Ehiosuna qarşı xoşagəlməz ifadə səsləndirilib.

"Sumqayıt" Futbol Klubu olaraq, bu cür halları pisləyir, hadisənin araşdırılması yönündə işləri davam etdiririk. Güman olunur ki, bu şüar meydanda əyləşən bir azyaşlı tərəfindən səsləndirilib.

Sumqayıt futbolsevərlər şəhəridir, fanatlarımız bu günə qədər daim istənilən rəqibə və futbolçuya hörmətlə yanaşıb. "Sumqayıt" Futbol Klubu belə hərəkətin yolverilməz olduğunu açıqlayır.

Qeyd edək ki, hətta həmin hadisədən bir qədər sonra, daha dəqiq fasilə zamanı klubumuzun rəsmi fanklubu adıçəkilən futbolçunu alqış sədaları ilə yanlarına çağırıb.


sumqayitpfc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail