Norveç millisinin baş məşqçisi: "Bakıda heç-heçə də oynaya bilərik"

15.11.2014 | 5711 dəfə oxunub

"Uğurlu həftə keçirdik və sabahkı oyuna yaxşı hazırlaşmışıq. Azərbaycanla oyuna hazırlaşmaq üçün xeyli vaxt sərf etdik. İlin son matçıdır. Bir də 4 aydan sonra növbəti oyunumuza çıxacağıq".

Stadium.Az xəbər verir ki, bu sözləri Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları yığmamızla oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis millimizdə baş məşqçi dəyişikliyinin onu narahat etdiyini bildirib: "Komandanın baş məşqçisi dəyişdikdə, bu, futbolçulara da təsir edir. Bu mənada Azərbaycan millisindəki baş məşqçi dəyişikliyi bizi narahat edir. Çünki rəqib futbolçuların sabah özlərini göstərmək üçün əllərindən gələni edəcəklərinə əminəm. 

Sabah ötən seçmə mərhələdə Rusiya ilə 1:1 bərabərə qalmış bir yığmaya qarşı oynayacağıq. Sabah qələbə qazansaq, bu bizə əlavə güc verəcək. Lakin Bakıda heç-heçə də oynaya bilərik. Rəqibin sabahkı matça yaxşı kökləndiyini bilirik. Onların Bolqarıstanla oyununu izləmişik. Rəqibimizi məhz həmin oyundakı çıxışına görə təhlil etmişik".

Sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Norveç oyunu saat 21:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail