"Xəzər Lənkəran" Bakıda stadion axtarır

17.11.2014 | 3994 dəfə oxunub

Lənkəran Şəhər Stadionunun təmiri ilə əlaqədar 13-cü turda reallaşacaq "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması Bakıda keçiriləcək.

Stadium.Az xəbər verir ki, "Neftçi” İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu "Xəzər Lənkəran"ın istifadəsinə verməyə hazırdır. Bir şərtlə ki, ev sahibi Lənkəran təmsilçisi olsun. Yəni, "Neftçi" növbəti 2 oyunun Lənkəranda keçirilməsindən ehtiyat etdiyi üçün bu addımı atır. "Xəzər Lənkəran” isə bundan imtina edir. Bunu isə saytımıza açıqlamasında Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirdi: "Əminliklə deyə bilərəm ki, qarşılaşma İsmət Qayıbov adına Bakıxanov stadionunda olmayacaq. Hal-hazırda Bakıda stadion axtarırıq".

Bununla da Bakıda oyunu keçirmək üçün beş stadion qalır. Respublika stadionu və "İnter Arena”, "Dalğa Arena”, "Bayıl Arena” və "AZAL Arena”. Böyük ehtimalla da, Lənkəran klubu ya "Bayıl Arena”da, ya da "Dalğa Arena”da "Neftçi”ni qəbul edəcək. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail