Qondarma böyük oyun

19.11.2014 | 3110 dəfə oxunub

Gəlin, necə oturmağımızdan asılı olmayaraq düz danışaq.

Yazdıqlarımı hətta yarımuzanmış və ya oturaq-dirsəklənmiş vəziyyətdə də oxumaq mümkündür, əsas odur ki, mahiyyət anlaşılsın. Mahiyyəti anlamaqdan ötəri oxuyanın hansı pozada durub dayanması, əyilib oturması və ya sərələnib uzanmasının əhəmiyyəti yoxdur.

   Əgər ilan yalnız sərxoş vəziyyətdə düzgün trayektoriya ilə sürünə bilərsə, onda ilanın ayıq olub olması su içən şəxsdən savayı heç kimi narahat etməz və ya əgər iki əzəli rəqib klublar arasında bir futbol qarşılaşmasının keçirilməsi üçün stadion tapmaq müşkülə çevrilirsə, o zaman bunun nəyi futbol, oyunun isə nəyi və harası “böyük oyun” olur? Bu qondarma böyük oyundur.  “Böyük” alayışını bu qədər kiçiltmək kimin marağındadır görəsən… Ümumiyyətlə “Xəzər Lənkəran”ın “Neftçi” ilə matçına hansı məntiqlə “böyük oyun” deyə bilərik? Axı hamımız bilirik ki, maliyyələşməsindən savayı “Neftçi” klubunda bütün kadr təyinatları üzrə qərarlar dövlət orqanları tərəfindən gəlir, başqa sözlə “Ağ-qara” klub dövlətin adi bir idarəsidir, hansı ki, bizə onu futbol klubu kimi sırımaq istəyirlər. Bu klubda komersiyadan, müstəqil qərarlar əsasında fəaliyyətdən əsər əlamət yoxdur, nə varsa hər şey dövlətindir. Bütün bunları bilərək biz bu klubla “Xəzər Lənkəran”ın oyununa hansı ağılla “böyük oyun” deyirik? Dövlətlə oyun oynamaq fikrimiz var yoxsa? Ay millət gəlin bir az məntiqli olaq, nə “böyük oyun”bazlıqdır, ayıq olun, ayıq! O qədər “oyun”lara qatıldığımız  bəs deyilmi? Elə həmin “oyun”ların sayəsində dörd azarkeşimiz həbsə düşürülmədimi? Məgər 25.08.2013 tarixində Lənkərana azarkeş gətirməyəcəyini bildirən “Neftçi” rəhbərliyi altdan-altdan iş görüb cənuba bir neçə maşın dolusu ağzı söyüşlü, tərbiyəsiz yeniyetmələrdən ibarət fanat qrupunu göndərməmişdimi? Məgər həmin o gizli yolla gəlib anidən stadionda peyda olan “Neftçi” fanatları oyunun start fitindən başlayaraq iyrənc söyüşlərlə yerli azarkeşləri qıcıqlandırıb təxribata çəkməklə məşğul olmurdularmı? Nəticədə də “Xəzər Lənkəran” azarkeşlərinin müəyyən hissəsi özünə nəzarəti itirərək təxribata gedib, oyuncaq kimi istifadə olunaraq sonradan da mətbuatda vəhşi kimi qələmə verilmədimi? Oyunun ertəsi günü Lənkəranda tuthatut başlamadımı? Nəhayət həbsə atılaraq hazırda da zindanda saxlanılan gnühasız azarkeşlərin başında çanağın sındırılmasının həqiqətləri keçən bu müddət ərzində hamı üçün açılmadımı? Bəlkə 28.05.2013 tarixində Bakıda hamının gözü önündə (və hətta teleekranlarda canlı yayımda) “Neftçi”nin quldur dəstəsinin etdiyi əməlləri görüb onlara “qaşın üstə gözün var” deyənin tapılmaması lakin günahsız yerə “Xəzər Lənkəran” azarkeşlərinin həbs olunması faktı hamınıza mənim söz açmaq istədiyim mahiyyəti aşkarlamadımı?

 Vallah bu artıq uşaqlıqdır, qurtarın bu komediyanı, ayıq olun və ağıllı olun!

Hadisələrə ayıq-sayıq yanaşın, geniş bucaqdan baxın. Özünüzü kiçik tutmayın, bir az böyük olun, böyük! Və nəhayət bilin ki,o sözü gedən matç heç də böyük deyil; “Xəzər Lənkəran”ın növbəti və sıradan bir oyunudur. 

P.S. Qeydlərimi həbsdə olan  “Xəzər Lənkəran” azarkeşlərinin “Ağ-yaşıl” sevgisinə həsr edirəm. Kim mənimlə razı deyilsə şərh yazıb fikrini əsaslandırsın.


12cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail