"Xəzər Lənkəran": 113 gün əvvəl də AZAL, sonra da AZAL

16.08.2011 | 4288 dəfə oxunub

Premyer Liqanın II turun AZAL-la oyununda əldə olunan böyük hesablı qələbə “Xəzər Lənkəran” üçün bır sıra maraqlı faktlarla əlamətdar olub. Stadium.az xəbər verir ki, 3:0 hesablı qələbə həm cari, həm tarixi baxımdan əhəmiyyət kəsb edib.
Komanda cari mövsümdə çıxdığı 4-cü oyunda (2-si Avroliqa, 2-si Premyer Liqa) 1-ci dəfə böyük hesablı qələbə qazanıb. “Xəzər Lənkəran” sonuncu belə qələbəsini ötən mövsüm, aprelin 23-də qazanmışdı. İndi olduğu kimi, həmin vaxt da rəqib AZAL idi. 113 gün əvvəl də komanda 3 cavabsız qol vursa da həmin vaxt öz meydanında qalib gəlmişdi. Bu 2 matç AZAL-la rəqabət dövründə qeydə alınan 2 böyük hesablı nəticədir.
 Yeri gəlmişkən, bu, baş məşqçi Mirça Rednikin bu postda 3-cü böyük hesablı qələbəsidir. İki dəfə AZAL-ı məğlub edən Rednikli “Xəzər Lənkəran” MOİK-ə də eyni – 3:0 hesabı ilə qalib gəlmişdi.
“Xəzər Lənkəran” Redniklə ilk 2 fərqli qələbəni öz meydanında qazanılmışdısa, rumıniyalı ilk dəfə səfər darmadağınına sevindi. Komandaz sonuncu dəfə rəqib meydanında 2009-cü il noyabrın 29-da coşmuşdu. 623 gün öncə “Bakı” ilə səfər oyununda 3:0-a sevinmişdi.
 
Premyer Liqada çıxış etdiyi 2004/05 mövsümündən bəri “Xəzər Lənkəran” hər çempionatda böyük hesablı qələbə qazanıb. Ümumilikdə isə belə qələbələrin sayı artıq 32-yə çatıb.
2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
2011/12 - 1
Cəmi - 32
 
Ölkə çempionatı ilə yanaşı Azərbaycan kubokunda da böyük hesablı qələbələr olub. Bu yarışda 10 dəfə “Xəzər Lənkəran” rəqibinə aman verməyib.
2005/06 – 2
2006/07 – 3
2007/0/8 – 3
2008/09 – 2
 
Bu isə o deməkdir ki, AZAL-La oyunda  “Xəzər Lənkəran”  tarixinin 42-ci böyük hesablı qələbəsini qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail