Arif Əsədov: "Futbolçular son saniyələrdə güc tapdılar"

24.11.2014 | 5200 dəfə oxunub

Premyer Liqanın XIII turunda “Neftçi” “Xəzər Lənkəran”ın qonağı oldu. Stadium.Az xəbər verir ki, 2-2 hesabı ilə başa çatan matçda paytaxt təmsilçisi son saniyələrdə vurulan qol hesabına 1 xal qazandı.

Paytaxt klubunun baş məşqçisi Arif Əsədov gərgin keçən dueldən danışıb: “Neftçi” – “Xəzər Lənkəran” oyunları həmişə prinsipial alınıb. Oyun məhz derbi adı ilə uzlaşdı.  Qırmızı vərəqələr oldu. Lakin sona yaxın komandam özündə güc tapdı və bərabərlik qolunu vurdu. Mən hakimlik barədə heç nə demək istəmirəm. İsti başla nəsə demək düzgün deyil. Sadəcə, əlavə edim ki, təzyiqlərə baxmayaraq, biz hesabı bərabərləşdirdik. Emil Balayev qırmızı vərəqə aldıqdan sonra bəzi dəyişikliklər etdik. Araz Abdullayev bu gün meydançaya çıxmadı.

Araz lazımlı oyunçudur. Amma komandanın nizam-intizam kodeksləri var. Bütün  futbolçular buna əməl etməlidir. Araz Abdullayevlə bağlı sabah qərar verəcəyik. Biz o tip futbolçuları itirməyə yox, qazanmağa çalışırıq. Qərar çıxarıldıqdan sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik. Qaydalar hər bir futbolçu üçün keçərlidir. Elvin Yunuszadə düşərgəyə gecikdi və onu da cəzalandırdıq. Heç bir futbolçuya güzəşt olunmayacaq. Biz milli komandaya futbolçu vermək üçün çalışırıq. Qırmızı vərəqələr çox oldu. Elə bir oyun idi ki, hər bir futbolçu qırmızı vərəqə ala bilərdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail