"Foqts məndən razı qaldı və 2 həftə sonra təlim-məşq toplanışına çağıracağını dedi"

16.08.2011 | 4017 dəfə oxunub

"Futbolun sirlərini Ulmada öyrənməyə başlamışam. İndi bu şəhərin bir neçə yetirməsi Bundesliqada oynayır". Stadium.az xəbər verir ki, bunu avqustun 10-da Makedoniya ilə yoldaşlıq oyununda Azərbaycan yığmasının heyətində debüt edən türk əsilli futbolçu Ufuk Budak deyib.

21 yaşlı yarımmüdafiəçi Almaniya mətbuatına verdiyi müsahibədə bildirib ki, millimizə dəvəti 2010-cu ilin iyulunda gənclərdən ibarət yığmamızın baş məşqçisi Bernard Lippertdən alıb: "Həmin vaxt almaniyalı mütəxəssis məni Moldovaya qarşı oyuna dəvət etdi. Bu qarşılaşmada 90 dəqiqə meydanda oldum".

Budakın sözlərinə görə, yığmamızın baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında çıxış etməkdən məmnun qalıb: "Foqts dahi məşqçidir. Onunla təlim-məşq toplanışında işləməkdən və rəhbərliyi altında Makedoniya ilə görüşdə oynamaqdan böyük zövq aldım". 

"Frayburq"un II komandasının şərəfini qoruyan Ufuk bildirib ki, makedoniyalılarla oyunda Foqts ondan razı qaldığını deyib: "Qoran Pandev kimi futbolçuya qarşı oynamaq, sadəcə, sözlə ifadə olunmayan təəssüratlardır. Foqts məndən razı qaldı və 2 həftə sonra təlim-məşq toplanışına çağıracağını dedi. Mən azərbaycanlı azarkeşlərdən də yaxşı dəstək aldım". 

Budak Azərbaycanda dillə bağlı problem yaşamadığını da bildirib: "Yığmada mənim üçün tərcüməçiyə ehtiyac yoxdur. Türk və Azərbaycan dilləri demək olar ki, eynidir. Biz orada bir-birimizi çox rahat başa düşürük". 

Qeyd edək ki, millimizin 2 həftə sonra keçirəcəyi toplanış sentyabrın 2-də Belçika, 4 gün sonra Qazaxıstanla rəsmi oyunlara hazırlıq olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail